Şriftin ölçüsü :

Saytın rəngi :

Qarabağ həqiqətləri dünya medyasında

17 oktyabr 2020 | 16:00
   27 sentyabr 2020 - ci il tarixində Azərbaycan xalqının illərdən bəri gözlədiyi tarixi hadisə baş verdi. Məhz bu tarixdə Ali Baş Komandanımız Cənab İlham Əliyev orduya döyüş əmri verdi. Azərbaycan sözün  əsl mənasında vətən müharibəsinə başladı.
  Döyüş meydanından artıq qələbə sədaları gəlir, belə ki, tarixi Suqovusan, Cəbrayıl rayonu, Fizulinin böyük hissəsi düşməndən azad edildi.  Ordumuzla döyüş meydanında bacarmayan ermənilər carəni yenə də hiylədə gördülər. Belə ki, tez – tez sivilləri nişan alaraq qətlə yetirirlər. Gəncənin gecə saat 2 də hamının yatdığı vaxt raket atəşinə tutulması, Tərtər rayonunda dəfn zamanı qəbirsanlığın  hücuma məruz qalması müharibə strategiyasından və elitasından uzaq mənfur və alçaq düşmən üzudür. Gəncə hadisəsi nəticəsində 10 nəfər həlak oldu 30 dan çox insan  yaralandı, Tərtərdə isə 4 mülki şəxs həyatını itirdi. Azərbaycan bu həqiqətləri göstərməklə erməni cinayətini dünyaya nümaiş etdirdi.

    Bu muddət ərzində Prezidentimiz dəfələrlə nüfuzlu dünya kanallarına Qarabağ müharibəsi, erməni işğalçılığı, ordumuzun qələbələri haqqında müsahibələr  verdi. Əsas məqsədi xalqımızın həqiqətlərini dünyaya çatdırmaq, bu mübarizədə nə qədər haqlı olduğumuza hər kəsi inandırmaq idi. Cənab İlham Əliyev səlis, aydın, anlaşıqlı nitqi ilə Qarabağ münaqişəsini bütün dünayaya çatdırdı. Ermənilərin xalqımıza qarşı işğalçılıq siyasətini, dövlətimizin məsələni sülh yolu ilə həll etmək üçün cəhdlərini hərtərəfli şərh etdi.
       14 oktyabr 2020 – ci il Prezidentimiz haber türk kanalına müsahibə verdi. Müsahibəsində ermənilərin mülki şəxslərə, əliyalın insanalara qarşı qəddarlığını bir daha vurğuladı. O həmçinin qeyd etdi ki, erməniləri bütün cəhdləri boşdur, nə xalqımız bu təxribatlaradan qorxmur, nə də ordumuz əsla geri çəkilməyəcək.
     Prezidentimiz qətiyyətlə bildirdiki, münaqişə Ermənistan və Azərbayacan arasınada gedir  qondarma “Dağlıq Qarabağ Respublikası” əsla tərəf kimi iştirak edə bilməz. Həmçinin Minsk qrupunun dəyişdirilməsinin, Türkiyənində bu masada olmasının mütləq olduğunu vurğuladı.
     Erməni ordusunun tərkibində terrorçuların olması onların hiyləğərliyini bir daha göstərir. Paşinyanın sərsəm çıxışları, bir birini tutmayan vədləri isə artıq ermənilərin panik vəziyyətdə olduğunun göstəricisidir. İşğal altında olan rayonalarımızdan ermənilərin sürətlə qaçması isə artıq sübut edirki , ermənilər özləridə Azərbaycan ordusunun gücünə bələddir.Artıq onlarda qəbul ediblərki işğal etdikləri torpaqların əsl sahibləri gəlib.
     Bu çətin müddətdə qardaş ölkə olan Türkiyə  həmişə xalqımızın və dövlətimizin yanında oldu.  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bütün çıxışlarında qətiyyətlə vurğuladı ki, Qarabağ Azərbaycandır!. O Azərbaycanın haqlı mübarizəsində lazım gələrsə ordu olaraqda kömək olacaqlarını qeyd etdi. Lakin Prezidentimiz Azərbaycan ordusunun bu mübarizədə qalib gəlməsi üçün hər cürə potensialının olduğunu bildirdi.
     Prezidentimiz müsahibəsində həmçinin bildirdi ki, hümanitar atəşkəsə razı olmaqla ermənilərə son şans vermişdi. Lakin onlar bu şansı dəyərləndirmədilər.
    Qarabağ müharibəsi Azərbaycanın iqtisadi gücü ilə yanaşı hərbi gücünüdə dünyaya göstərdi. Cənab İlham Əliyev bildirdi ki, onsuzda müəyyən regional məsələlərdə Azərbaycanın rolu çox önəmlidir,o daha da artacaq. Təbii ki, Azərbaycan – Türkiyə birliyi daha da möhkəm olacaq. Bu da Azərbaycan və Türkiyə üçün həyati əhəmiyyət, önəm  daşıyır.
       Artıq hər bir Azərbaycan vətəndaşı zəfər  xəbərini gözləyir. İnanırıq ki, tezliklə Azərbaycan bayrağının Qarabağın  hər bir nöqtəsində  dalğalandığını görəcəyik.QARABAĞ AZƏRBAYCANDIR!


Arzu Yaqubova
Xəzər rayonu 181 saylı orta məktəb
    Tarix müəllimi   

  

Keçidlər