Şriftin ölçüsü :

Saytın rəngi :

Münaqişənin həlli üçün hüquqi çərçivəmiz var

06 oktyabr 2020 | 16:00
1988-ci ildə erməni tərəfinin Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları ilə başlamış bu münaqişə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə nəticələnib. Ermənistanın  hakimiyyəti bu bu günə kimi sülhə doğru bir addım belə atmamışdır. Ermənistan müharibə istəyir. Onlar bu gün də torpaqlarımızı işğal altında saxlamağa çalışırlar.   
Beynəlxalq sülhün və təhlükəsizliyin əsas təminatçısı kimi  BMT Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1993-cü ildə – 822, 853, 874 və 884 saylı dörd qətnamə qəbul etdi. Bu qətnamələrdə  Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı bir daha təsdiq edilib və işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunub. Bu qətnamələrin heç biri bu günə kimi yerinə yetirilmir.

Çünki Ermənistan hakimiyyəti  bunu istəmir. Cənab Ali Baş Komandan  Prezident İlham Əliyevin “Əl-Cəzirə” televiziya kanalının jurnalistinə verdiyi müsahibədə söylədiyi kimi “ Əgər Ermənistan iradə göstərsəydi və əsas beynəlxalq təşkilatların qətnamələrinə uyğun şəkildə davransaydı, münaqişə uzun illər bundan əvvəl həll edilmiş olardı “  Təəssüf hissiylə bildirmək istəyirəm ki, nədənsə istər BMT Təhlükəsizlik Şurası, istər Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası istərsə də digər qurum və təşkilatlar tərəfindən bu istiqamətdə işğalçı dövlət olan Ermənistana yetəri qədər təzyiq göstərilməmişdir. Bu günki erməni işğalçı dövləti tərəfindən aparılan təxribatlar buna bir daha sübutdur və cənab Ali Baş Komandanın söylədiyi kimi  təcavüzkara praktiki təzyiqin olmaması münaqişənin nəyə görə bu qədər uzun çəkməsinin səbəblərindən biridir.
   Ermənistan heç bir zaman normal danışıqlar aparılmasına səy göstərməmişdir.Prezident İlham Əliyev müsahibəsində, İyulun 12-də onlar münaqişə regionundan çox uzaqda olan Tovuz rayonunda, Azərbaycanın qərbində, Ermənistan-Azərbaycan sərhədindəki kəndlərimizə və hərbi mövqelərimizə hücumunu, sonra avqustun 23-də Ermənistan ordusu tərəfindən ərazimizə daxil olmaq və terror aktlarını törətmək üçün göndərilmiş diversiya qrupu və sentyabrın 27-də baş verənləri xüsusi qeyd etmişdir. Əlbəttə ki, düşmən bütün sadalanan hallarda layiqli cavabını almış və hələ də almaqda davam edir.  Ali Baş Komandanımız  burada gözəl söyləmişdir “ birinci dəfə onlara dərs verdik dərs olmadı, ikinci dəfə dərslərini verdik yenə dərs olmadı  bu səfər də dərslərini verdik və hələ də davam edirik “. Prezident, Ali Baş Komandan İlham Əliyevin əks hücum əmri və nəticə etibarı ilə əldə olunan uğurlar xalqın,  millətin sevincini, vətənpərvərlik ruhunu daha da artırdı. 
   Ali Baş komandan İlham Əliyev: ” Ermənistan baş naziri bizə 7 şərt qoyur. Biz bütün şərtləri rədd edirik. Erməni ordusu Dağlıq Qarabağdan qeyri-şərtsiz tam və dərhal  cıxıb,rədd olmalıdır. Bizim şərtimiz qüvvədədir.Əgər Ermənistan höküməti əməl edərsə, döyüşlər dayandırılacaq, qan  tökülməyəcəkvə sülh olacaq.Bizim Bölgəmizə sülh gələcək cünkü biz sülh istəyirik.Biz məsələnin həllini istəyirik.Əks təqdirdə 30 ilə yaxın danışıqlara ümüd bəsləməzdik”. Əslində, danışıqlar dayanıb. Çünki Paşinyanın “Qarabağ Ermənistandır” ifadəsindən sonra danışıqlar üçün heç bir imkan qalmayıb. Lakin Minsk qrupunun həmsədrləri Ermənistan hakimiyyətinin yeni olduğunu, ola bilsin emosiyalarına və sözlərinə tam hakim ola bilmədiyi üçün xahiş edərək deyirdilər ki, Azərbaycan daha çox anlayış göstərsin.
    Ali Baş komandan İlham Əliyev   Şuşa şəhərində qondarma “Dağlıq Qarabağ lideri”nin qondarma “andiçmə” mərasiminin təşkil olunmasını, “Dağlıq Qarabağın parlamenti”ni  Xankəndidən Şuşaya köçürülməsinin təxribat olduğunu bildirib.
Atəşkəslə bağlı  Ali Baş  Komandan  hərbi əməliyyatlara başlayan bizim olmadığımızı bildirib və Azərbaycan özünü müdafiyə etməliydi deyə vurğulayıb. Əks halda mülki şəxslərimizin itki sayı yüzlərlə olardı.Ermənilərin artilleriya hücumu nəticəsində  çox evlərə ziyan dəyib və ya tamamilə dağılıb, mülki insanlar arasında həlak olan və yaralalanlar var Azərbaycanın qeyrətli ,mərd , cəsarətli ogullarıdan ibarət  Qudrətli güclü ordusu var.
  Nəticə etibariylə düşmən cavabsız qalmayıb. Bundan sonra da  Azərbaycan Silahlı Qüvvələri düşmənə sarsıdıcı zərbələr endirərək qanı, canı bahasına torpaqlarını işğaldan azad edəcək və ərazi bütövlüyünü tamamlayacaqdır.Ali Baş Komandan Bir daha vurğuladı : “ Biz Dağlıq Qarabağda ikinci Ermənistan dövlətinin yaradılmasına imkan verməyəcəyik ”. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bu gün işğaldan azad olmuş torpaqlarımızda Azırbaycan bayrağı dalğalanır “Azərbaycan      Ordusu  öz torpağında öz ərazi bütövlüyü uğrunda mübarizə aparır”. İgid oğullarımız  Azərbaycanın qüdrətini bütün dünyaya göstərəcək və biz zəfər çalacağıq .Turkiyəyə gəlincə , dili bir-dini bir,canı bir-qanı bir,“ Bir millət iki dövlət” olaraq    Azərbaycana qardaş dövlətdir və hər zaman Azərbaycanın yanındadır.

Cəbrayılov Faiq Akif oğlu 

Xəzar Rayon Şağan bələdiyyəsinin üzvü 

Xəzər Rayon İctimai Şuranın üzvü

 

Keçidlər