Fransanın Minsk Qrupu həmsədrliyindən çıxarılması müzakirə edilməlidir
Ermənistan Azərbaycan və Dağlıq Qarabağ münaqişəsinin sülh yoli ilə həlli prosesinə təkan vermək və pozulmuş hüquq və azadlıqların bərpası yolunda irəlləyişlərə nail olmaq üçün Minsk Qrupu yaradıldı. 1994 – cü ilin dekabrında ATƏT – in Budapeşt Sammitində Minsk Qrupunun mandatı müəyyən olundu. 1997 – ci ildə Fransanın Minsk Qrupuna həmsədr kimi təklif olunması bizi sevindirdi. Təbii ki, 3 həmsədr ölkədən biri kimi Pransa böyük siyasi təsiredici imkanlara malik idi. Ancaq təssüflər olsun ki, gözləntilər reallığı əks etdirmədi. Həmsədrlər ikili standartlar tətbiqi çərçivəsində Azərbaycan xalqının və dövlətinin haqq işinə mane olmaqdan başqa bir iş görmədilər. Xüsusilədə Fransa həmsədrlik fəaliyyətini ucuzlaşdıraraq biabırçı ikili standartlarla işlədiyini gizlədə bilmirdi. Məlumdur ki, Fransada erməni lobisi geniş imkanlara malikdir ancaq bu əsas vermirdi ki, Fransa dövləti işğalçı rejimə dəstək nümayiş etdirsin. Bütün hallarda Minsk Qrupuna daxil olan hər üç ölkə daha diqqətli və ədalətli olmali idi. Azərbaycan xalqının insanlıq əlehinə ən ağır cinayətlərə məruz qoyulması Ermənistanın işğalçılıq siyasətinin əsas tərkib hissəsi idi ki, bu halda Minsk güclüləri tərəfindən xüsusi qiymətləndirilməli və Ermənistana qarşı açıq təzyiqlər olmalı idi. Təssüflər olsun ki, işğalçı rejimə qarşı həmsədrlər tərəfindən yetərli cavab olmadı. Fransa daim öz imkanlarından istifadə edərək hətta düşmən Ermənistana köməklik etməkdən də çəkinməmişdir. Daim ikili standartlar yeridən Fransa dövləti qeyri – rəsmi Ermənistana köməkdarlıq etib. Fransa Prezidenti Emmanuel Makronun sentyabrın 30 – da Ermənistan – Azərbaycan münaqişəsi ilə bağlı baş verən son hadisələrə dair verdiyi bəyanat münaqişənin həll edilməsi üçün yaradılan Minsk Qrupu həmsədri kimi vasitəçilik missiyasi ilə uyğun gəlmir. İşğalçı rejmi dəstəkləyən Makronun Ermənistana və ermənilərə xitabən “Ermənistana və ermənilərə deyirəm, Fransa da öz rolunu oynayacaq” – deyə bəyanat verməsi heç bir halda qəbul edilə bilən deyil. İşğalçının yanında olmaq təkcə Azərbaycan döblətinə olan hörmətsuzlik yox həmdə beynəlxalq hüquqa, ümumdünya insan hüquqları sisteminə və dövlətlər və ölkələr arası sivil münasibətlərə qarşı bir basqıdır, xəyanətdir. Əsla və əsla Fransanın heç bir mənəvi haqqı çatmır ki, “hqq - ədalətdən” söz etsin Makron Cibutidə, Qabonda, Tunisdə, Vyetnamda, Çadda törədilmiş soyqrımları unudmasın. İnsanlıq əlehinə ən ağır çinayətlərdə əli olanlar heç bir vaxt başqalarına ağıl verə bilməzlər. Ermənistanı dəstəkləməklə təkcə çirkin ikiüzlü həmsədrlik fəaliyyətini yox həmdə öz daxili çirkinliklərini üzə çıxarmış olur. Bəs nə oldu əsrarəngiz Avropa mədəniyyətindən, sivil dünya düzəmindən, haqq - ədalətdən danışan bir ölkə nə tez qərar verdi terrorun yanında yer almağa. Baxın bunların əsil üzü bu imiş, indiyə kimi bizlər sadəlövcəsinə inanmışıq ki, həmsədrlər problemin həlli yolunda irəlləyiş əldə edəcəklər. 30 ildir sülh adıyla Azərbaycan xalqına ən böyük ədalətsizlik edən həmsədrlər indi qalxıb Azərbaycana hərbi əməliyyatların dayandırlması kimi sərsəm fikirlərlə müraciət edirlər. Amma artıq gecdi Azərbaycan ordusu öz ərazi bütöblüyünü tam şəkildə bərpa etmək gücündədir, və bu yolda heç bir maneə bizi çəkindirə bilməz. Fransanın indiki şəraitdə nümayiş etdirdiyi mövqeyi tam haqlı olaraq onu deməyə əsas verir ki, Minsk Qrupunun fəaliyyəti indiyə kimi faydasız və ədalətsiz olub. Fransanın həmsədr ölkə kimi fəaliyyəti müzakirə edilməli və mövcud halda münaqişə ilə bağlı ədalətli qərarlar ala biləcəyi böyük şübhə və narahatlıq doğurduğundan həmsədrlikdən çıxarılması məsələsi müzakirə edilməlidir. Azərbaycan dövləti öz ədalət işində heç kimdən içazə almağa və heç kimə hesab verməyə borclu deyildir. Təkcə BMT – nin 4 qətnaməsi var münaqişə ilə bağlı, təssüflər olsun ki, illər ərzində biridə olsa icra edilməyib. Ermənistan terrorçu hakimiyyətlə hansı danışığa gedə bilər. Azərbaycan Prezidenti Cənab İlahm Əliyev dəfələrlə qeyd etmişdir ki, biz danşıqları immitasiya etmək üçün aparmırıq ancaq Ermənistan (işğalçı rejim) buna məhəl qoymamışdır. Nəticədə Azərbaycan ordusu öz haqlı mübarizəsində ikən kimlərsə qalxıb “sülhə” çağırış edəcəklər bizdə buna inanacıyıq Fransa kimi. Sual edirəm bu 30 ildə harda idiz? Görmürdünüzmü Ermənistan hər gün atəşkəsi pozaraq terrora əl atır. Yeni ərazilər işğal etməyə çalışır.Azərbaycan xalqına qarşı ən iyrənc yollara əl atır. Sizlər sülh barış istəsəydiniz bunu edərdiniz demək istəməmisiniz. Azərbaycan ordusu öz haqqını özü bərpa edəcək, yetər yalançı haqq aşiqləri ikili standatlarla bizə gəlməsinlər daha geçdi. Zamanında Ermənistana dur demək lazım idi. Fransa kimi ölkələr əksinə terrorçu rejimi dəstəkləməklə daha böyük narahatlıq yaradılmasına rəvac verirlər.
Natiq Süleymanzadə
Xəzər Rayon Gənclər və İdman İdarəsi
Aparıcı məsləhətçi.