Şriftin ölçüsü :

Saytın rəngi :

Göstərdiyi qardaşlıq münasibətinə görə Pakistana minnətdarıq

01 oktyabr 2020 | 16:00
Bir atalar sözündə deyildiyi kimi dost dar gündə tanınarmış. Xalqımıza bu çətin və ağır günlərdə göstərdiyi dəstək və isti münasibət  Pakistan xalqının bizə dostdan artıq olduğunu bir daha sübut etdi. Ölkələrimiz arasında qardaş münasibətləri bir daha təsdiqləndi. Ermənistanla Azərbaycan arasında münaqişənin həlli ilə bağlı Pakistanın Azərbaycana davamlı dəstəyinə görə minnətdarıq.  Azərbaycanın ərazi bütövlüyün qorunması və  nadan qonşularımızdan fərqli olaraq özgənin deyil öz doğma torpaqlarımızın bərpası üçün göstərdiyi dəstəyə görə Pakistan xalqına dərin təşəkkürümüzü bildiririk. Pakistan bizim yanımızda olmaqla haqqın, ədalətin yanında olduğunu sübut etmiş oldu.

 Hər zaman olduğu kimi bu məsələnin həllində də qardaş  Pakistan dövlətinə tam arxayın ola biləcəyimizi böyük əminliklə deyə bilərik. Onu da qeyd etmək istərdim artıq 30 ilə yaxın bir müddətdir ki, ərazi bütövlüyünün bərpası üçün çarpışan və bu yolda minlərcə şəhid vermiş olan bir xalq kimi, Pakistanı ən gözəl anlayan məhz bizik. Kəşmirin iki hissəyə parçalanmış olması olduqca sarsıdıcı haldır. Biz inanırıq və əminik ki, tezliklə bu məsələdə öz həllini tapacaqdır. Azərbaycan Kəşmir məsələsində həmişə  Pakistanı dəstəkləyir. Bu qarşılıqlı dəstək əməkdaşlığımızın qardaşlıq xüsusiyyətini əks etdirir.
   Pakistan Azərbaycanın ərazi bütövlüyünü, tarixini və kemişini bilir , tanıyır, başımıza haqsız yerə gətirilmiş bütün müsibətlərə yaxından şahiddir. Pakistan Azərbaycanın strateji mütəffiqidir. Hər iki ölkəni tarixi, mədəni və dini amilər birləşdirir. Pakistan Xocalı soyqırımını tanıyan  ilk və işğalçılıq  siyasətinə görə Ermənistanı rəsmən tanımayan yeganə dövlətdir. Pakistanın  Xarici İşlər naziri bu yaxınlarda Ermənistanın ölkəmizə qarşı təxribatı ilə bağlı bəyanat verib.
   27 sentyabr 2020-ci ildə  Ermənistan  Azərbaycana qarşı yeni təxribata başladı. Azərbaycan xalqının başı iyul ayında atəşkəsi amansızlıqla pozması nəticəsində itirdiyi şəhidlərə qarışdığı bir zamanda ermənilər adəti üzrə yenədə heç bir xəbərdarlıq etmədən mülkü əhaliyə atəş açmışdı. Onların açıq-aşkar yeni müharibəyə hazırlaşdığı çoxdan bəlli idi. Bunu cənab Prezident öz çıxışlarında dəfələrlə dünya ölkələrinə çatdırmışdı. Lakin buna məhəl qoyan olmadı.  Budur, sentyabrın 27-də onlar müxtəlif istiqamətlərdən  kəndlərə,  hərbi mövqelərə hücum etməyə başladılar və bu iki gündə mülki şəxslər arasında itkilərimiz oldu. Ermənistan silahlı qüvvələri tərəfindən  10 mülki şəxs, o cümlədən aralarında iki uşaq olan 5 nəfərdən ibarət bir ailə öldürülüb. Bu gün məktəbli Fidanın və Şəhriyarın nahaqdan tökülmüş qanı yerdə qalmasın deyə əsgərlərimiz əzmlə döyüşür. Mülki şəxslər arasında 20-dən çox yaralı var. Bu, bir daha erməni cinayətkar rejiminin faşist mahiyyətini nümayiş etdirir. Bütün bunlara baxmayaraq, Ali Baş Komandan İlham Əliyevin apardığı məqsədyönlü siyasəti nəticəsində torpaqlarımızı erməni işğalından azad edəciyik. Bu bizim şəhidlərin müqəddəs ruhu qarşısında olan borcumuzdur.
   Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü tanıyır.  Acgöz ermənilər nəyin ki, Azərbaycan torpaqlarına eyni zamanda, mili mətbəximizə , müsiqimizədə göz tikərək dəfələrlə dünya ictimayətinə öz adından təqdim etməyə çalışmışdır. Azərbaycan muğamının vətəni  olan Şuşa, Qarabağ bülbülləri adlandırılan ən yaxşı muğam ifaçılarının doğulduqları şəhərlər  tamamilə dağıdılmışdır. Azərbaycan xalqının qədim memarlıq və mədəniyyət abidələri məhv edilir, qalan məscidlərdə isə  heyvan saxlamaqla bütün müsəlman xalqını təhqir edirlər.
  Beynəlxalq  hüquqda  mövcud olan vəziyyət bu gün kimin kim olduğunu göstərir. İndiki şəraitdə  kimlərinsə tərəfindən dialoqa çağırış yersizdi. İndi həqiqət anıdı. Sən kimin tərəfindəsən haqqın ,yoxsa şərin?      Dostun,yoxsa ,düşmənin? Həqiqət anıdır-mənim üçün, xalqımız üçün , hamımız üçün. Sözləri ilə Ali  Baş komandanımız düşmənin layiqli cavabını vermişdir.
   Erməni adlı bir ölkə, tarix, mədəniyyət,  millət yoxdur.  Dünyada sadəcə Erməni terrorist quruplaşma var. Bayraq Kolumbiya, əlifba Efiopiya,  musiqi Türk,  mətbəx Türk kilsə Alban, Gürcü, ərazi Azərbaycan olduğu halda söhbət hansı Ermənistan dövlətindən gedir?!
  Bu gün yanımızda olanlar öz mövqelərini açıq şəkildə ifadə edən ölkələrdir - qardaş Türkiyə və qardaş Pakistan! Qarabağ münaqişəsi nəticəsində Türk və Azərbaycan xalqının   bir millət iki dövlət olması fikiri öz isbatını tapdı. Bu günlər olduqca həyacanlı və sevincliyik. Artıq  30 ildi ki, bu müjdəli xəbəri gözləyirdik. Nəhayət ki, ordumuz əks-hücuma keçərək düşmənə layiqli cavab verdi. Biz  Ali Baş komandanımız İlham Əliyevin siyasətinə inanırıq, ordumuza güvənirik.
  Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, biz ermənidən torpaq payı istəmirik, biz kiminsə torpağını deyil, öz torpaqlarımızı tələb edirik. Qarabağ bizimdir! Qarabağ Azərbaycanındır! “Döyüş Ermənistan Qarabağdan çıxanda bitəcək”.

Zenfira Babayeva  
234 nömrəli tam orta məktəbin tarix müəllimi

 

 

 

Keçidlər