Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda “1 oktyabr-Beynəlxalq Ahıllar Günü” qeyd edildi

01 oktyabr 2020 | 16:00

BMT Baş Məclisinin 1992-ci ildə qəbul etdiyi “Ahılların müdafiəsi ilə bağlı Qətnamə”yə əsasən, 1 Oktyabr - Beynəlxalq Ahıllar Günü kimi təsis edilmişdir. Beynəlxalq Ahıllar Günü 1993-cü ildən başlayaraq Azərbaycanda da hər il yüksək səviyyədə qeyd edilir.1 oktyabr 2020-ci il tarixində Xəzər rayonunda Beynəlxalq Ahıllar Günü münasibətilə rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində yaşayan 50 nəfər tənha, kimsəsiz və yaşlı ahıllar karantin rejiminin qaydalarına əməl olunmaqla ziyarət edilmişdir.Ahıllara bayram münasibətilə sovqat təqdim olunmuş və onlara hər zaman diqqətdə olduqları bildirilmişdir. Söhbət zamanı ahıllar Azərbaycanda onlara  olan dövlət qayğısının ildən-ilə artdığını bildirmiş və bu qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə etmişdirlər.

  

  

  

    

  

Keçidlər