Şriftin ölçüsü :

Saytın rəngi :

Xalq və ordu birliyi.

28 sentyabr 2020 | 16:00
Bu gün şəhidlərimizin qanına boyanmış Azərbaycan bayrağının otuz ilə yaxındır ki, düşmən tapdağında olan torpaqlarımızda dalğalandığı gündür!
Bəli, Azərbaycan tarix yazır, böyük bir gün yaşayır bu gün!
Ermənilərin növbəti qəfil hücumu zamanı odumuzun şəxsi heyəti çeviklik göstərərək pilotsuz uçuş aparatının köməkliyi ilə düşmənin döyüş texnikasını vaxtında aşkar etmiş və zərərsizləşdirməyi bacarmışdır. Hər zaman sülh tərəfdarı olan Azərbaycan mənfur düşmənin hücumu ilə üz-üzədir. Buna görə də, Milli Ordumuz qətiyyətli addım ataraq əks hücuma qərar vermişdir. Ordumuzu əks hücuma məcbur edən amil xalqını, torpağını qorumaqdır. Çünki Azərbaycan əsgəri bir qarış torpağından belə keçməyəcəkdir! Bizim ağrılarımızın məlhəmi yalnız torpaqlarımızın işğaldan azad edilməsindədir. Ordumuz bir yumruq olaraq təxribata elə bir zərbə endirməlidir ki, gələcək nəsillər həmin zərbənin gerçəklərini daha aydın,daha firavan görə bilsin.
27 sentyabr 06:00 radələrində başlayan qarşıdurmada bilavasitə təcavüzkar Ermənistan hökuməti sülh yolunu deyil,müharibə yolunu seçdiyini bir daha sübut etdi.Yeni işğal siyasətini irəli sürdü. Ali Baş Komandan İlham Əliyev “Cəbhə bölgələrində hər kəs öz yerindədir. Əks hücumun daha uğurlu nəticələrinin olacağına inanıram” söyləməklə ordumuza olan inamını bir daha təsdiqlədi. Budur, ordumuz irəliləyir. Bütün dünya isə Azərbaycanın zəfər yürüşünü izləyir.

    Mənfur Ermənistanın törətdiyi təxribatlar sistemli xarakter daşıyaraq regionda birbaşa təhlükə yaradır. Sülh tərəfdarı olan Azərbaycanı hərbi qüvvələrdən istifadə etməyə təhrik edir. Bu isə, yalnız təcavüzkar düşmənə yaraşan bir addımdır. Düşmənin təxribatları cəbhədə deyil,eyni zamanda Ermənistanın siyasi bəyanatlarında da əksini tapır. Bu danılmaz fakt isə ictimaiyyəti bir daha düşündürməlidir. Dəfələrlə aparılan danışıqlar prosesini şübhə altına qoyan Ermənistan hazırki vəziyyətdə birbaşa məsuliyyət daşıyır.Təxribat və bəyanatlarla “sülh” tərəfdarı olduqlarını ifşa edir. Danışıqların formatını dəyişərək ictimaiyyəti, dünyanı çaşdırır. Bu isə bizə çox yaxşı tanış olan erməni xisləti, erməni “ədaləti”dir.
   Azərbaycan Respublikasının prezidenti, Ali Baş komandan İlham Əliyev bütün beynəlxalq kürsülərdən səsləndirdiyi “Azərbaycan torpağında ikinci qondarma Dağlıq Qarabağ Respublikası yarana bilməz” fikri bu gün də əminliklə təsdiqini tapır. Çünki tarixi ədalət və beynəlxalq hüquq bizim tərəfimizdədir. Çünki Pənahəli xanın əsasını qoyduğu Qarabağ Azərbaycan torpağıdır.
   Otuz ilə yaxındır ki,kağız üzərində qalan beynəlxalq qətnamələr regionda təhlükəli mənbə sayılan Ermənistan və onların çirkin əməllərini ört-basdır etməkdən başqa bir işə yaramır. Bu gün Azərbaycan haqq yolundadır. Heç kəsin torpağına göz dikmədən şərəf, vicdan və ləyaqətlə torpağını qoruyur. Tarixi ədalət uğrunda haqq səsini ucaldır. Azərbaycan xalqı isə bu yolda dövlətinə, ordusuna tam dəstək verir.
   Bugün hər birimiz əsgərik. Hər bir vətəndaşın dayandığı nöqtə onun üçün səngərə çevrilib. Azərbaycan Ordusu sinxron şəkildə öz vəzifələrini peşəkarlıqla yerinə yetirməkdədir. Cəbhənin  müxtəlif istiqamətlərində düşmən təxribatlarının qarşısı alınıb. Ordumuz qətiyyətli addım atmaqda davam edir.
   Dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır.Əlbəttə ki,bu işğala son qoyulmalıdır. Ermənistan ərazisində heç bir hərbi hədəfi olmayan Azərbaycan özünə məxsus olanı - Qarabağı istəyir.
Bugün hər kəs torpaqlarımız uğrunda səfərbər olmağa hazırdır. Biz haqq yolundayıq və zəfər çalacağıq. Rəşadətli ordumuza isə bu yolda yalnız qələbə yaraşır. Buna hər bir azərbaycanlı əmindir. Çünki, Qarabağ    Azərbaycanındır!

Keçidlər