Güclü dövlət, güclü ordu
Baş verən təxribata Azərbaycan Ordusu tərəfinən dərhal sərt reaksiya verilmiş və düşmən layiqli cavabını almışdır.
Eyni zamanda baş verən hadisələr Azərbaycan Respuplikasnın Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin başçılığı ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında müzakirə edilmiş və işğal altında olan doğma torpaqlarımızın işğaldan azad olunacağı əminliklə vurğulanmışdır.
Ümumiyyətlə, ölkə başçısı tərəfindən ordu quruculuğuna ayrılan diqqət və ölkəmizin hərbi gücünün dəstəklənməsi məsələsi reallaşan dövlət siyasətinin əsas prioritetlərdən olduğunu göstərir.
Qeyd etmək istərdim ki, ordu quruculuğu prezident cənab İlham Əliyevin hər zaman ən diqqət yetirdiyi məsələlərdən olmuşdur. Hansıki biz bu gün Azərbaycan Ordusunun əzmkar qələbəsi ilə bunun şahidi oluruq.
Görülən tədbirlər nəticəsində güclü və iradəli Azərbaycan Ordusu yaradılmışdır. Azərbaycan Ordusunun bütün silahlı birləşmələri ən müasir standartlara cavab verir və verilən döyüş tapşırıqlarını şərəflə, vicdanla və cəsarətlə yerinə yetirirlər.
Bu günlərdə aparılan hərbi əməliyyatlarda Azərbaycan Silahlı qüvvələrinin müxtəlif silahlı birləşmələri iştirak edir və vahid komandanın rəhbərliyi altında əks-hücum əməliyyatı uğurla həyata keçirilir. Bu əks-hücum əməliyyatlarının bundan sonra da uğurla aparılacağına və işğal altında olan torpaqlarımızın işğaldan azad olunacağına heç bir şübhə ola bilməz.
Məlum olduğu kimi Azərbaycan Ordusu ən müasir silahlarla, döyüş texnikaları ilə təchiz olunmuş və hərbi qulluçularımızın döyüş hazırlığı ən yüksək səviyyəyə çatdırılmışdır.
Eyni zamanda Silahlı Qüvvələrimizin hərbi qulluqçuları arasında olan yüksək döyüş ruhu bizi qələbəyə aparacaq ən vacib məqamlardan biridir.
Ali Baş Komandanın apardığı qabaqcıl siyasəti nəticəsində güclü Azərbaycan Ordusu yaradılmış və ordumuz döyüş qabiliyyətinə və gücünə görə dünya ölkələri arasına ön sıralarda yer almışdır.
Cənubi Qafqazın ən güclü ordusuna məxsus olan Azərbaycan Respuplikası düşmənin istənilən həmləsini yenməyə və döyüşlərdə əzmkar qələbə qazanmağa qadirdir.
Hal-hazırda davam edən hərbi əməliyyatlar zamanı işğal altında olmuş Qaraxanbəyli, Nüzgar, Yuxarı Əbdurrəhmanlı, Böyük Mərcanlı, Kənd Horadiz, Qərvənd, Aşağı Əbdurrəhmanlı kəndləri işğaldan azad edilmişdir. Güclü Azərbaycan Ordusu digər istiqamətlərdə də uğurlu əks-hücum əməliyyatlarını davam etdirərək düşməni geri çəkilməyə məcbur etmişdir. Gedən döyüşlərdə düşmən böyük sayda itkilər vermişdir.
Davam edən hərbi əməliyyatlarda prezident cənab İlham Əliyevində qeyd etdiyi kimi ən müasir silahlar tətbiq olunur və düşmənin müqaviməti o qədər də güclü görsənmir. Çünki Azərbaycan Ordusu asanlıqla düşməni ön xəttini yararaq uğurlu əks-hücum əməliyyatlarını davam etdirir.
Bu bir daha onu göstərir ki Azərbaycan dövləti, Azərbaycan ordusu güclüdür və bu gücün qarşısında heç bir düşmən qüvvəsi tab gətirə bilməz.
Sizi əmin edirəm ki, güclü dövlət, güclü ordu timsalında aparılan hərbi əməliyyatlarda bizə qalan yalnız məğrur qələbələr və işğaldan azad olunmuş doğma torpaqlarımız olacaq.
Pənahov Anar Elman oğlu
Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin
Böyük məsləhətçisi.