Qarabağ Azərbaycandır!
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə ermənilərin Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları ilə başlamışdır. 1988-ci ilin yanvar ayından etibarən, ermənilər növbəti dəfə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi deportasiyasına başladılar.
Birinci Qarabağ münaqişəsinin nəticəsi olaraq ermənilər Dağlıq Qarabağ və ətraf rayonları işğal edərərk misligörülməmiş cinayətlər törətdilər.
Ümummilli lider Heydər Əliyevin səyi nəticəsində münaqişənin gedişatında 1994 cu il atəşkəs əldə edildi. Atəşkəsin elan olunmağına baxmayaraq düşmən münaqişənin sülh yolu ilə həll olunmasına imkan vermədi.
Cənab prezidentimiz İlham Əliyev öz çıxışlarında dəfələrlə münaqişənin sülh yolu ilə həllində tərəfdar olduğunu vurğulayıb.Həmçinin cənab prezident qətiyyətlə bildirir ki, Azərbaycan hec vaxt torpağında ikinci erməni dövlətinin yaradılmasına yol verməyəcəkdir.
Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan sülh danışıqlarına rəğmən düşmən danışıqları kobud şəkildə pozur. Ermənistan silahlı birləşmələri sərhəd kəndlərini atəşə tutması, mülki əhalini hədəfə alması işğalçının terrorçu mahiyyətini bir daha təsdiqləyir.
Ermənilər nəinki atəşkəsin şərtlərini pozur ,sülh danışıqlarına məhəl qoymur hətta, digər ölkələrdə yaşayan erməniləri məqsədli şəkildə gətirib Dağlıq Qarabağda məskunlaşdırır. Bu isə regionun gələcək taleyini sual altına qoyur.
Ermənilərin 2016 cı ilin aprelində Tərtər istiqamətində atəş açmasına cavab olaraq, ordumuz düşməni susdurdu.. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Ancaq ermənilər öz təxribat və işğalçı planlarından əl çəkməyərək 2020 ci ilin iyul ayında cəbhəin Tovuz istiqamətində yenidən atəş açması dövlətimizi daha sərt tədbirlər görməyə vadar etdi.
27 sentyabr 2020 ci il Ermənistanın Tərtər, Cəbrayıl və Füzuli istiqamətlərindəki yaşayış məskənlərini atəşə tutması , Azərbaycan ordusunun mülki əhalinin təhlükəsizliyini müdafiə etmək üçün bütün cəbhəboyu əks-hücum əməliyyatlarına başlaması ilə nəticələndi.
Cənab prezidentimiz İlham Əliyev xalqa müraciətində ilk atəşi erməni tərəfinin açdığını, mülki əhali və hərbiçilərimizi nişan aldıqlarını bildirdi. O həmçinin Ermənistanın növbəti işğalcı planını həyata keçirməyə heç bir şəkildə imkan verməyəcəyini qeyd etdi. Xüsusi ilə vurğuladı ki, bizim Ermənistan ərazisinə hec bir iddiamız yoxdur biz öz torpaqlarımız uğrunda döyüşürük.
Hal hazırda Azərbaycan Ordusunun bölmələri cəbhənin Tərtər-Ağdam, Füzuli-Cəbrayıl və Murovdağı istiqamətlərində Ermənistan qoşunlarının işğalı altında olan vacib yüksəkliklər uğrunda döyüşlər aparırlar. Raket-artilleriya qoşunları və aviasiya vasitələri düşmənin komanda məntəqələrinə zərbələr endirir, çoxlu sayda canlı qüvvəsini, döyüş texnikasını və hərbi obyektlərini məhv edirlər.
Qələbə sedası və qələbə sevinci xalqımızın döyüş ruhunun daha da yüksəlməsinə, dövlətimizin və ordumuzun ətrafında daha sıx birləşməyimizə səbəb oldu. İnanırıq kı, illərdən bəri gözlədiyimiz tarixi qəbəni yaşayacayıq.
Çox tezliklə Azərbaycan bayrağı Qarabağımızın hər bir qarışında dalğalanacaq.Biz ordumuzun gücünə bütün qəlbimizilə inanırıq. Heç birimiz heç vaxt unutmamalıyıq ki, Qarabağ Azərbaycandır!