Şriftin ölçüsü :

Saytın rəngi :

Cənab Prezidentin qətiyyətli çıxışı xalqın ürəyincədir

23 sentyabr 2020 | 16:00

 Ölkə başçımız Cənab İlham Əliyev daim Azərbaycan xalqının milli maraqlarını müdafiə etmişdir. Cənab prezident bunu BMT-dəki çıxışı ilə bir daha bəyan etdi. BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasdakı çıxışında bir sıra fikirlər səsləndirən Cənab Prezident Azərbaycanın dünya miqyasında nə qədər nüfuza sahib olduğunu sübut etdi. Cənab Prezident BMT-dəki çıxışında son dərəcə qətiyyətli olduğunu nümayiş etdirərək Ermənistan rəhbərliyini ifşa etdi, isbat etdi ki, düşmən ölkənin baş nazirinin sözləri yalan, şər və böhtandır.

Prezident Ali Baş Komandan kimi Azərbaycanın bundan sonra da qətiyyətlimövqeyindən geri çəkilməyəcəyini, haqq yolundan dönməyəcəyinə aid mesaj verdi. BMT-dəki möhtəşəm çıxışı ilə Azərbaycan Respublikasının Prezidenti alternativsiz lider olduğunu sübut etdi.Prezident Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ölkəmizin qətiyyətli mövqeyini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı.
   Prezident çıxışında vurğulamışdır ki, Ermənistan işğal olunmuş ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirmişdir. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Ermənistan Xocalı soyqırımını törətmişdir.
   Cənab Ptezidentin düşmənə verdiyi layiqli cavablar bizdə iftixar hissi oyadır, qəlbimizi dağa döndərir, bizi qürurlandırır.
Yaşanan son hadisələr bir Azərbaycan vətəndaşı kimi hər birimizi narahat edir. Lakin qüdrətli ordumuzun düşmənə layiqli cavablar verməsi ürəyimizi rahatladır, daha böyük qələbəyə səsləyir. Bu gün Azərbaycan vətəndaşı özünü güvənli və inamlı hiss edir. Bu da insanlarımızın dövlətə və dövlətçiliyə inamını daha da artırır.
  Prezidentin koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində gördüyü tədbirlər, verdiyi qərar və göstərişlər vətəndaşlar tərəfindən razılıq və rəğbətlə qarşılanır. Davam edən COVİD-19 pandemiyasının tolerantlıq, multikulturalizmin, birlik və həmrəyliyin əhəmiyyətinin bir daha nümayiş etdirilməsini dünya ictimaiyyətinin diqqərinə çatdırdı.
  Prezident Ali Baş Komandan kimi Azərbaycanın bundan sonra da qətiyyətli mövqeyindən geri çəkilməyəcəyini, haqq yolundan dönməyəcəyinə aid mesaj verdi. BMT-dəki möhtəşəm çıxışı ilə Azərbaycan Respublikasının Prezidenti alternativsiz lider olduğunu sübut etdi.
İlham Əliyevin çıxışı fonunda orada təmsil olunan bütün dövlətlərin nümayəndələri bir daha müasir Azərbaycan dövlətinin gücü, qüdrəti ilə tanış oldular.
  Hər zaman xalqın yanında olan, onu düşünən Prezidentimizin ətrafında sıx birləşmişik. Ölkə başçımızın yürütdüyü daxili və xarici siyasəti bəyənir və daim dəstəkləyirik.

Həzərxan Əbilov,


Xəzər rayonu, Təhsil İşçilərinin

Azad Həmkarlar Təşkilatının sədri.

 

Keçidlər