Xəzər Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya namizədlərin irəli sürülməsinə dair
E L A N
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30.05.2017-ci il tarixli, 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”sinə və “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 816-IVQ nömrəli Qanununun 6-cı maddəsinə uyğun olaraq Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin yanında İctimai Şuraya namizədlərin irəli sürülməsinə başlanılmışdır. İctimai şuraya seçkilərin təşkili məqsədilə Xəzər Rayon İcra Hakimiyyəti başçısının 14.01. 2022-ci il tarixli 07 nömrəli Sərəncamı ilə 9 nəfərdən ibarət Seçki Komissiyası yaradılmışdır.
İctimai Şuraya üzvlər vətəndaş cəmiyyətləri institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncaqda vətəndaş cəmiyyəti institutlarının nümayəndələri tərəfindən seçilir.
Bununla əlaqədar olaraq 15.01.2022-ci il tarixindən etibarən 20 iş günü müddətində Xəzər Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi, qeydiyyatı elan olunur və 15.02.2022-ci il tarixində başa çatacaqdır.
Hər bir vətəndaş cəmiyyəti institutu İctimai Şuraya 1 namizəd irəli sürə bilər.
Vətəndaş cəmiyyəti institutu İctimai Şuranın üzvlüyünə irəli sürdüyü namizəd barədə aşağıdakı sənədləri təqdim etməlidir:
• namizədin şəxsiyyət vəsiqəsinin surəti;
• namizədin tərcümeyi-halı;
• namizəd vətəndaş cəmiyyəti institutunun üzvü olduğu halda həmin üzvlüyü təsdiq edən sənədin surəti.
Qeyd: Tələb olunan sənədlərdən əlavə vətəndaş cəmiyyəti institutu tərəfindən namizəd barədə geniş məlumat verən digər sənədlər də təqdim edilə bilər
Ətraflı məlumat üçün əlaqə nömrələri: 012-454-12-93, 012-454-76-85