Şriftin ölçüsü :

Saytın rəngi :

`

 

2017-ci ilin I yarımilliyində  Xəzər  rayonunun
sosial-iqtisadi inkişafının yekunlarına dair

HESABAT
 

        12 iyul 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə  Nazirlər  Kabinetinin 2017-ci ilin birinci  yarısının  sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə  həsr olunmuş iclası keçirilmişdir. Ölkə başçısı  6 ay ərzində  iqtisadi ishalatların daha da sürətlə aparılmasını və bu sahədə bir çox sərəncam və qanunların   imzalanaraq qəbul edilməsini qeyd etmişdir. Biznes mühitinin yaxşılaşdırılması, ixrac potensialının artırılması, xarici sərmayənin Azərbaycana cəlb  edilməsi, yerli istehsalın artırılması, bütün bu  istiqamətlər üzrə çox ciddi qərarlar qəbul  edilmişdir. Cənab Prezident 6 ay ərzində qeyri-neft  sektorunun 4,4 % , kənd təsərrüfatının 2,2 %,  ticarət dövriyyəsinin 36 % , qeyri-neft məhsullarının  ixraçının 27 % artmasını, idxalın isə 15 % azalmasını xüsusi qeyd etmişdir. Eyni zamanda  valyuta ehtiyatlarımızın 2017-ci ilin 6 ayı ərzində  3  milyard artaraq bu gün 40.6 milyard dollara  çatması da qeyd edilmişdir.
          Cənab Prezident çıxışında 6 ay ərzində  24 min iş yerinin bağlanmasına baxımayaraq 122 min  yeni iş yerinin açılmasını da qeyd etmişdir. Həqiqətən də 2017-ci ilin 6 ayının yekunları  onu göstərir ki, Azərbaycan iqtisadiyyatı çox dinamik şəkildə inkişaf edir.
            Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir ki, bölgələrlə bərabər Bakıətrafı qəsəbələrin də sosial-iqtisadi inkişafı sürətlə davam etdirilir.
                Həmişə olduğu kimi  ötən dövrdə də  abadlıq və  yenidənqurma işləri Xəzər rayonunda uğurla davam  etdirilmişdir.
2017-ci ilin 6 ayı ərzində  rayonun iqtisadi və sosial həyatında baş verən pozitiv  dəyişikliklər bütün sahələrdə yüksəlişlə müşayiət olunmuşdur.  Belə ki, rayon üzrə sənaye məhsulu istehsalı 116 milyon 427 min manat  təşkil etmişdir.  Sənaye məhsulunun ümumi həcmində  dövlət sektorunun  xüsusi çəkisi 98,9 % olmuşdur.
Nəqliyyat sektorunda 629 milyon 810 min manatlıq xidmətlər göstərilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə  42 % çox olmuşdur.
Rabitə müəssisəsi tərəfindən  idarə, müəssisə və təşkilatlarla, əhaliyə faktiki qiymətlərlə 3  milyon 257  min manatlıq rabitə xidməti göstərilmişdir.
           Hesabat dövründə rayonun tikinti  kompleksində iqtisadi və sosial sahələrin inkişafı üçün  bütün maliyyə  mənbələri hesabına 288 milyon 795 min  manat məbləğində investisiya cəlb edilmişdir ki, bü da keçən  ilin müvafiq dövrünə uyğun  göstəricidən 7,4 dəfə  çox olmuşdur.  İstifadə edilmiş investisiyalardan 7 milyon 400 min manatı  tikinti quraşdırma  işlərinin yerinə  yetirilməsinə sərf olunmuş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 20,4 % təşkil etmişdir.
İstehlak və xidmət bazarlarında əhaliyə 339 milyon 503 min manatlıq istehlak  malları satılmış və pullu xidmətlər göstərilmişdir.
Pərakəndə əmtəə dövriyyəsi 190 milyon 672 min  manata, pullu xidmətlərin həcmi 148 milyon 830  min manata çatmışdır.
Ticarət şəbəkəsindən satılmış məhsulların 14,6 %-i hüşuqi şəxs kimi fəaliyyət göstərən  təşkilatlar, 84,4 %-i isə hüquqi  şəxs  yaratmadan fəaliyyət  göstərən fiziki  şəxslər tərəfindən realizə olunmuşdur.
            Rayonun iqtisadi və sosial sahələrində işləyənlərin orta aylıq əmək haqqı  650 manat, tikinti sektorunda çalışanların  ora aylıq əmək haqqı 238 manat, sənaye sahəsində çalışanların orta aylıq əmək haqqı 474 manat təşkil etmişdir.
          Hesabat dövründə  rayon üzrə 1984 yeni iş yeri açılmışdır.  Bunun 7-si  yeni yaradılmış müəssisə və təşkilatlar, 527-i mövcud müəssisə və təşkilatlar, 1448-i isə fiziki şəxslər tərəfindən açılmışdır. Ümumiyyətlə son 14 il ərzində rayon ərazisində  22 min 993  yeni iş yeri açılmışdır.
Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsində 2017-ci ilin 6 ayı ərzində 796 nəfər  fərdi sahibkarlıq fəaliyyəti  ilə məşğul olan sığorta edən  qeydiyyatdan keçmişdir. Hal-hazırda 17413 nəfər əmək pensiyaçısına plastik kartlar vasitəsilə pensiya ödənilir.
         Azərbaycan Respublikasının Sahibkarlığa Kömək  Milli Fondu tərəfindən 16 mart 2017-ci il  tarixində Xəzər RİH-nin təşkilatçılığı  ilə Mərdəkan qəsəbəsində sahibkarlarla növbəti  görüş keçirilmişdir. Fond tərəfindən  sahibkarlara  istixana kompleksinin tikintisi üçün 3 milyon 200 min manat güzəştli kredit  verilmişdir ki, bunun  da nəticəsində də 102 yeni iş yerinin açılması nəzərdə tutulmuşdur.  Ümumilikdə 2017-ci ilin 6 ayı ərzində 7 sahibkarlıq subyektinə 11 milyon 700 min  manat güzəştli kredit verilmiş  260  yeni iş yeri açılmışdır.
Əhalinin Məşğulluğunun təmin etmək məqsədilə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham  Əliyevin tapşırığına əsasən Xəzər rayonuna 327 ştat vahidi işçi yeri ayrılmış və rayon ərazisində yaşayan, işsiz, aztəminatlı ailələrin üzvlərindən  ibarət 327 nəfər işə qəbul edilmişdir. Bütün qəsəbələri  əhatə edən həmin işçi qrupları ərazidə  park və meydanlarda, yol  kənarlarında,  məhəllədaxili küçələrdə təmizlik işləri  aparır  və vaxtı-vaxtında əmək haqqı alırlar.
2017-ci ilin 6 ayı ərzində Rayon Məşğulluq Mərkəzində 1444 nəfər işaxtaran  vətəndaş qeydiyyata alınmışdır. Onlardan 611 nəfəri münasib  işlə təmin edilmişdir. Hesabat dövründə Mərkəz  tərəfindən 188 nəfər işsiz vətəndaşa işsizlik  statusu verilmiş və 235 nəfərə  işsizlik müavinəti təyin edilmişdir.
            Hesabat dövründə rayonun ərazisində tikinti  və quruculuq işləri  səngiməmiş, daha da  geniş vüsət almış, küçə və meydanlar, parklar abadlaşdırılmış, ayrı-ayrı içtimai binalarda, əsas yollarda, daxili küçələrdə təmir işləri  aparılmış və yenidən qurulmuş, su və kanalizasiya  sistemləri, elektrik xətləri  yeniləşdirilmiş,  yeni xidmət və istehsal müəssisələri, bir  sıra sosial-mədəni  obyektlər tikilərək əhalinin istifadəsinə verilmişdir.
           Xəzər Rayon İcra Hakimiyyətinin  daxili imkanları hesabına  Mərdəkan, Şüvəlan və Binə  qəsəbələrində səkilərin və hasarların yenidənqurulması, yolboyu  milli və tarixi  elementlər nəzərə alınmaqla mövcud tikililərin bərpası işləri görülmüşdür.
Belə ki,  Şüvəlan qəsəbəsinin Almaz İldırım küçəsi 62 saylı binanın  721  m2 fasadı və  yan divarları  təmir edilərək emulsiya ilə  boyadılmış, o cümlədən binanın  32 m2 fasadı suvanmış, 12 m2 dam örtüyü  təmir olunmuş, tüstü  bacaları suvanaraq bərpa edilmiş, binanın kürsü hissəsi 105 m2 aqlay  daşla  üzlənmiş, pəncərələrin  kənarına 350 p/m  aqlay bəzək daşı vurulmuşdur. Görülən işlərin nəticəsində bina tam  görkəmini dəyişmiş və bu da orada  yaşayan sakinlərin razılığına səbəb olmuşdur.
            Eyni zamanda binanın  qarşısındakı istirahət  parkında abadlıq   işləri görülmüş və demək  olar ki, başa çatmaq üzrədir. Belə ki, parkın  ərtafındakı hasarın 70 m2 hissəsi mişar daşı ilə  hörülərək,  səthi  84 p/m aqlay daşla  bəzədilmiş və bəzi  hissələri emulsiya ilə  boyadılmışdır. Parkın ərazisində 365 p/m  bardür  düzülərək sütunlar aqlay daşla üzlənmiş, 450m2 tamet vurulmuşdur. Ərazidə olan bulaq  sökülmüş və orada yeni bulaq tikilərək  sakinlərin istifadəsinə verilmişdir. Hal-hazırda  həmin ünvandakı 58 və 60 saylı,  2 mərtəbəli binalarda   yenidənqurma işləri davam etdirilir.
Mərdəkan qəsəbəsinin Yesenin  küçəsində, ATS-in inzibati binasının  qarşısındakı 200 metr uzunluğunda hasar  sökülərək, yüksək memarlıq  üslubunda yenidən qurulmuşdur. Qəsəbənin girişində qəsəbənin adını əks etdirəcək,   hündürlüyü  8 metrə qədər olan  postamentin  bünövrəsi qoyularaq beton və  konstruktiv hissəsi  yekunlaşmıdır.  Tikinti işləri davam etdirilir. Mərdəkan qəsəbəsindəki Zabitlər evinin 144 m2  köhnə  hasarları sökülərək yenidən  tikilmiş  və sütünlar  390 p/m aqlay daşı ilə üzlənmişdir.
            Eyni zamanda Rayon İcra Hakimiyyətinin inzibati binasının  ətrafındakı hasarın 730 m2 hissəsi təmir edilərək emulsiya ilə boyadılmışdır.
Binə qəsəbəsinin Ə.İsazadə  küçəsində, mərkəzi  yolun sağ və sol hissəsində ,  ümumi görünüşə  xələl gətirən  müxtəlif təyinatlı  13 ədəd  tikinti obyektlərinin ümumilikdə 1480 m2 fasadları aqlay daşı ilə üzlənmişdir. 
Bu günün  ən vacib məsələlərindən  biri də yaşıllışların salınması və onlara  qulluq edilməsinin təşkilidir. Bildiyiniz kimi 2016-cı il ərzində rayon ərazisində 99320 ədəd müxtəlif  növ ağac əkilmiş və 2017-ci ildə də bir o qədər  ağac əkilməsi nəzərdə tutulmuşdur.  2017-ci ilin  6 ayı ərzində Mərdəkan qəsəbəsində 1596, Şüvəlan qəsəbəsində 636, Binə qəsəbəsində 583, Türkan qəsəbəsində  7597, Buzovna qəsəbəsində 200, Qala qəsəbəsində  150, Şağan qəsəbəsində 455, Zirə  qəsəbəsində isə 5070 ədəd ağac əkilmişdir. Ümumiyyətlə İcra Hakimiyyəti, qəsəbə nümayəndəlikləri və bələdiyyələr tərəfindən 16288 ədəd, «İdeya» İctimai Birliyi və ayrı-ayrı idarə,  müəssisə  və təşkilatlar tərəfindən isə 25690 ədəd olmaqla cəmi 41978 ədəd ağac əkilmişdir. Hazırda ağacların suvarılması  və onlara aqrotexniki qulluq işləri aparılmaqdadır.
            Hesabat dövründə  rayon ərazisində asfalt yollarının çəkilişi, əsaslı  və cari  təmiri istiqamətində bəzi işlər görülmüşdür. Belə ki, cənab Prezident İlham Əliyevin  tapşırığına əsasən Zirə və Türkan qəsəbələrini birləşdirən yeni yolun çəkilişinə başlanılmış, bərkitmə işləri aparılmış, yolun 2500 mert  hissəsinə  7 m enində 17500 m 2 asfalt salınmışdır. Bununla yanaşı Xəzər RİH-nin daxili imkanları hesabına Şağan qəsəbəsində 3720 m2 , Buzovna qəsəbəsində  210 m2, Binə qəsəbəsində 925 m2,  Şüvəlan qəsəbəsində 8810 m2, Türkan qəsəbəsində 370 m2 , Zirə qəsəbəsində 1200 m2 , Mərdəkan qəsəbəsində 7013 m2 asfalt örtüyü salınmış, Qala, Türkan, Binə qəsəbələrində isə 16 km yol  cari təmir olunmuşdur.
Xəzər rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən 2017-ci ilin 6 ayı ərzində məişət tullantıları meydançalarından 53953 kub.metr məişət və digər bərk tullantıları  yığılaraq daşınmışdır.
Birliyin su maşınları ilə 6 ay ərzində xidməti ərazilər, məcburi köçkünlər, idarə və təşkilatlar 16040 ton içməli su ilə təmin edilmişdir.
2017-ci ilin 6 ayı ərzində idarə və təşkilatlardan, məcburi köçkünlərin yaşadığı ərazilərdən, o cümlədən, Birliyin xidmət etdiyi ərazilərdən 4217 ton çirkab maye yığılaraq daşınmışdır.
         Cari dövrdə çoxmərtəbəli yaşayış binalarında 135 mənzilin tüstü-bacaları və havadəyişmə kanalları «Təmiz Baca» MMC, 300 mənzilin tüstü-bacaları və havadəyişmə kanalları isə tabelikdə olan MKİS-lər tərəfindən təmizlənmişdir. Buzovna  qəsəbəsi, 136 saylı MKİS-in xidmət ərazisində yerləşən 5 ədəd 9 mərtəbəli yaşayış binalarının sərnişin lift təsərrüfatında təftiş işləri aparılmış, lift olan mərtəbələrdə divarlar rənglənmişdir.
Birliyin xidmət ərazilərində yerləşdirilmiş 200 ədəd deformasiyaya uğramış məişət tullantıları konteynerləri təmir edilərək rənglənmişdir.
Mərdəkan-Buzovna yolunun kənarında  Birliyə  təhkim olunmuş sahələrdə əkilmiş müxtəlif növ  ağaclara qulluq göstərilir və vaxtlı –vaxtında  suvarılma işləri aparılır.
3 saylı Xüsusi Təyinatlı MKTB-nin 112 saylı MKİS-nin xidməti ərazisində də bəzi işlər görülmüşdür.  Belə ki, ərazidə  olan binaların dam örtüyünün  600 m2  hissəsi şüşəruberoidlə təmir olunmuş, 70 m2 şüşə dəyişdirilmiş,  10 ədəd qapı  yenisi ilə əvəz olunmuş, binaların  fasadlarının 500 m2 hissəsi emulsiya ilə rənglənilmişdir.
3 saylı Xüsusi Təyinatlı  MKTB-nin 155 saylı MKİS-i tərəfindən  B.Əliyev  1, 2,  66 və 70  saylı binaların dam örtüyünun 1000 m2 hissəsi şüşəruberoidlə təmir edilmiş, həmin  binaların  giriş qapılarının  ümumilikdə 400 m 2 hissəsi  rənglənilmişdir.   S.Yesenin küçəsi  92/2, 8 və 9 saylı binaların  1300 m2 fasad hissəsi emulsiya ilə rənglənilmişdir
Xəzər rayon Sukanal İdarəsi tərəfindən 2017-ci ilin 6 ayı ərzində 6758 p/m müxtəlif diametrli yeni su xətti çəkilmiş, 65 p/m köhnəlmiş su boruları dəyişdirilmişdir.  Hesabat dövründə 907 ədəd su qəzası aradan qaldırılmışdır ki, onlardan da 37 ədədi binaların zirzəmilərində baş vermişdir. Rayon ərazisində 1361 ədədi Smart tipli , 1175 ədədi isə mexaniki sayğac olmaqla  2536 ədəd sayğac quraşdırılmışdır. 32 ədədi Smart tipli, 57 ədədi isə mexaniki sayğac olmaqla 89 ədəd sayğac yenisi ilə əvəz olunmuşdur. Su təsərüfatını yaxşılaşdırmaq məqsədilə  14 ədədi “Dalma tipli” olmaqla 15 ədəd su nasosu quraşdırılmış, 29 ədədi “Dalma tipli” olmaqla 81 ədəd su nasosu isə təmir edilərək saz vəziyyətə gətirilmişdir.
        Rayon ərazisində kanalizasiya xidmətlərinin yaxşılaşdırılması yönümündə də bir sıra işlər görülmüşdür. Kanalizasiya sahəsi üzrə 1328 ədəd qəza və tutulma halları aradan qaldırılmışdır ki, bu qəzalarda 51 p/m-i binaların zirzəmisində olmaqla 82 p/m kanalizasiya borusu dəyişdirilmişdir.  15 410 p/m-i mexaniki üsulla, 2440 p/m-i isə maşınla olmaqla 17850 p/m kanalizasiya borusu yuyulmuşdur. 7 ədəd kanalizasiya baxış quyusu təmir edilmiş, 1 ədəd baxış quyusu yenisi ilə əvəz olunmuşdur. 35 ədəd yağış barmaqlıqları mütəmadi olaraq təmizlənərək tam istismara yararlı hala gətirilmişdir.
           Bundan əlavə  rayon ərazisində mövcud olan 78 ədəd içməli su bulağı da daimi su ilə təmin edilir və nəzarətdə saxlanılıraq mütəmadi təmir olunur.
Görülən işlərin nəticəsi olaraq, hal-hazırda 27128 abonent olmaqla 96 392 nəfər əhaliyə içməli su təchizatı və çirkab su xidməti göstərilir ki, bundan da  39,1 %-i, yəni 63 640 nəfər əhali  fasiləsiz su ilə təmin olunur.
Bakı Regional Qaz İstismar Sahəsinin Xəzər rayon üzrə  Texniki İstismar Xidmətinin ərazilərində  itkilərin azaldılması və qaz təchizatının yaxşılaşdırılması üçün nəzərdə tutulan tədbirlər planına əsasən  aşagıdakı işlər görülmüşdür:
Türkan qəsəbəsinin  Üzümçülük sovxozu ərazisindəki Bağlar yaşayış massivində yeni qaz xəti çəkilmişdir.
Şüvəlan qəsəbəsinin Sahil küçəsində,   Maşınqayırma pansionatına gedən yoldan keçən  d =76 mm qaz xəttinin 35 p/m deformasiyaya uğramış hissəsi  yenisi ilə əvəz olunmuşdur.
Binə qəsəbəsində, Donuzkökəltmə sovxozu və İslah Əmək Müəssisəsinin ətrafındakı  qaz xətti  əsaslı təmiri olunmuş, 2 ədəd ŞQTM quraşdırılmış, “Şərur” marketin yanında yolun tikinti ərazisinə düşən QTŞ-nın yeri dəyişdirilmişdir.  Qala  stansiyası ərazisindəki abonentlərin qaz təchizatını  yaxşılaşdırmaq məqsədilə uzunluğu L=90 p/m, d 100 mm-lik qaz xətti çəkilmiş və 1 ədəd ŞQTM quraşdırılmışdır. Aynulov küçəsində yaşayan abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədilə  1 ədəd ŞQTM  quraşdırılmışdır.
Hövsan Südçülük sovxozu ərazisində  uzunluğu 90 p/m qaz xətti çəkilmiş və 1 ədəd ŞQTM quraşdırılmışdır.
Mərdəkan qəsəbəsinin R.Cəfərov küçəsində qaz təchizatının yaxşılaşdırılması məqsədilə 1 ədəd ŞQTM  quraşdırılmışdır.
Türkan, Binə, Buzovna, Qala, Şağan, Mərdəkan, Şüvəlan qəsəbələrində 98 ədəd qaz tənzimləyici şkaflarında tənzimləmə işləri aparılmışdır.
Xəzər Enerji  Təchizatı və Satışı  İdarəsi eləcə də Zirə  Enerji Təchizatı və Satışı Sahəsi tərəfindən rayon  ərazisində elektrik enerjisi ilə təchizatın yaxşılaşdırılması məqsədilə müəyyən işlər görülmüşdür.  Belə ki, 2017-ci ilin 6 ayı ərzində 7 ədəd Kompleks  Transformator məntəqəsi və 6 ədəd güc təransformatoru  dəyişdirilmiş, 3 ədəd yeni Kompleks Transformator Məntəqəsi . 2 ədəd yeni  transformator quraşdırılmış, 8 ədəd  qoruyucu dəyişdirilmişdir. Bundan başqa 762 ədəd  Transtormator və Kompleks Transformator  məntəqəsi  cari təmir və təftiş olunmuş, 17 ədəd  ayırıcı dəyişdirilmiş, 52 ədəd birləşdirici mufta,  24  ədəd dayaq  muftası  qoyulmuş, 374 ədəd yüksək gərginlikli  izolyator, 36 ədəd dayaq dəyişdirilmiş və 148 ədəd yeni  dayaq basdırılmışdır.
             Eyni zamanda 10570 metr 0,4 kv-luq kabel, 2082 metr  y/c-li kabel,  6445 metr  Özünü idarəedən kabel və 12800metr naqil çəkilmiş, 450 metr 0,4 kv-luq kabel, 369 metr y/c-li kabel, 2508 metr Özünüidarəedən kabel isə  dəyişdirilmişdir. Görülən işlərin nəticəsində bu  gün abonentlər fasiləsiz elektrik enerjisi ilə təmin  edilirlər.
Hazırkı dövrdə əhalinin rabitə  və informasiya texnologiyalarına  çıxış imkanlarının  daha da yaxşılaşdırılması  istiqamətində tədbirlər davam etdirilir. Görülən işlərin nəticəsidir ki, Xəzər rayon Telefon Qovşağının   01.07.2017-ci il tarixinə montaj tutumu 70799 nömrə və abunə tutumu isə 58723 nömrə təşkil etmişdir.
            2017-ci ilin 6 ayı ərzində əhaliyə  790 ədəd, müəssisə və təşkilatlara isə 43 ədəd olmaqla, 833 ədəd yeni telefon  sənədləşdirilmişdir.  Eyni zamanda rayon  əhalisinin informasiya texnologiyalarına çıxış  imkanlarının daha da yaxşılaşdırılması məqsədilə əhalinin yüksək sürətli internetlə təmin olunması üçün  Xəzər  Telefon Qovşağının  Elektron Avtomat Telefon  Stansiyalarında geniş zolaqlı, yüksəksürətli internet avadanlıqları quraşdırılaraq abunəçilərin  istifadəsinə  verilmiş və 6 ay ərzində qovşağın tutumu 4872 ədəd ADSL  artırılaraq ümumi istifadəçilərin sayı 30097 nömrəyə çatdırılmışdır.
  “Azərpoçt” MMC-nin 4 saylı Poçt filialı  tərəfindən 2017-cı ilin 6 ayı  ərzində verilmiş 548410 manat tarif  proqnozu faktiki olaraq  571748 manat icra olunmuşdur. Ötən ilin müvafiq dövrü ilə  müqayisədə Poçt ödəniş nişanı satışı üzrə 6004 manat, telefon abunə haqlarının yığımı üzrə 8694 manat,  elektrik enerjisi haqlarının yığımı üzrə  1675 manat, qaz pulu yığımından 10591 manat, su pulu yığımından 850 manat, pul  köçürmələlri üzrə 17024 manat,   bank  xidmətlərindən  3257 manat gəlir  əldə edilmişdir.
Bildiyiniz kimi hazırda rayon ərazisində H.Əliyev Fondu və digər investisiya layihələri çərçivəsində təmir və tikintisi gedən 15 obyekt  mövcuddur ki, bunlardan da bəzilərində maliyyə problemlərinə görə işlər müvəqqəti  dayandırılmışdır.
Mərdəkan qəsəbəsindəki Müalicə Pansionatı, Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin yeni  korpusu, Şüvəlan qəsəbəsindəki «Şimal» Elektrik Stansiyasının 2-ci blokunun tikintisi, Binə  qəsəbəsində Abşeron Peşə Litseyi, Buzovna  qəsəbəsində Təhsil Nazirliyinin İdman Tədris Bazası, İdman Mərkəzi, 7 saylı  Vərəm Əleyhinə Dispanser, Tibbi Reabilitasiya  Mərkəzi, Gindes  adına Uşaq Sümük-Vərəm  Sanatoriyası, Şağan qəsəbəsində Mədəniyyət Mərkəzi və Şahmat Məktəbi, Zirə  qəsəbəsində Qədim tarixə malik kənd  hamamı, B.Sərdarov adına zavodun filialı, Türkan qəsəbəsində  İdman Mərkəzi, Qala qəsəbəsində GEMS-Dünya  Akademiyası, İdman Mərkəzi kimi obyektlərin bəzisində  işlər  müvəqqəti dayandırılmışdır. Ümid edirik ki, yaxın vaxtlarda  təmiri və tikintisi yarımçıq  qalan obyektlərdə işlər yenidən başlanılacaqdır.
           Hesabat dövründə  rəsmi dövlət  bayramları və ictimai siyasi əhəmiyyət kəsb edən digər  tarixi hadisələrlə bağlı  rayon  ərazisində  geniş ictimaiyyətin iştirakı  ilə bir çox kütləvi  tədbirlər keçirilmişdir.
Belə ki, yanvar ayının 12-də  RİH-nin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayının qarşısındakı meydanda gənclərin hərbi xidmətə yola salınması mərasimi keçirilmişdir.
Ən önəmli hadisələrdən biri 13 yanvar tarixində Azərbaycan Respublikasının Prezidenti cənab ilham Əliyevin Türkan qəsəbəsində  yerləşən Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzinə gəlməsi və  orada inşası başa çatan « Tufan» gəmisi və  yeni xüsusi texnikalar ilə tanış olmasıdır.
20 yanvar tarixində RİH Aparatı, ictimaiyyət  nümayəndələri  20 yanvar hadisəsinin 27-ci ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanına ziyarət  etmişlər.
2 fevral tarixində RİH Aparatının  nümayəndələrinin, Millət vəkili R.Əliyevin, YAP Xəzər rayon təşkilatının sədri N.Əhmədovun iştirakı ilə Zirə Mədəniyyət  Mərkəzi-Eko Parkda Gənclər Günü münasibətilə tədbir keçirilmişdir.
10 fevral tarixində  Xəzər  RİH-nin Aparatında sahibkarlarla «Azexport.az» portalının  əməkdaşlarının birgə tədbiri təşkil edilmişdir.
26 fevral tarixində Bakı şəhərində Xocalı  Soyqırımının 25-ci ildönümü münasibətilə  keçirilən möhtəşəm yürüş aksiyasında Xəzər rayon ictimaiyyətinin iştirakı təşkil  edilmişdir.
2017-ci ilin I yarımilliyində  baş vermiş ən önəmli  hadisələrdən biri də  rayonumuzdan olan Millət vəkili Mehriban xanım  Əliyevanın  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  21 fevral 2017-ci il tarixli sərəncamı ilə I vitse Prezident  təyin olunması olmuşdur.  Mehriban xanım Əliyeva I Vitse Prezident kimi ilk  səfərini 1 mart 2017-ci il tarixində Türkan  qəsəbəsindəki 6 №-li nitqi qüsurlu uşaqlar üçün  internat evinə etmiş və orada  rayon  rəhbərliyi və bir qrup sakinlə görüşərək gələcək  planlar barədə çox səmimi söhbət etmişdir.
         7 mart tarixində «8 mart Beynəlxalq Qadınlar  Günü» münasibətilə Zirə EKO parkda tədbir təşkil edilmiş, bayram süfrəsi açılmış,  50 nəfər fəal qadın  RİH-nin  Başçısı tərəfindən mükafatlandırılmışdır.
         16 mart tarixində «Ölkəmizi tanıyaq» tur aksiyası çərçivəsində Naxçıvan  MR-a səfərə gedən məktəblilər yola salınmış, 19 mart tarixində qarşılanma mərasimi  keçirilmişdir.
       17 mart tarixində H.Əliyev Fondu tərəfindən  rayonun 4000 nəfər aztəminatlı  ailəsinə, şəhid ailələrinə, qarabağ əlillərinə və 4000 nəfər isə  ünvanlı sosial yardım alan şəxslərə   «Novruz» bayramı münasibətilə ərzaq  yardımının paylanılması təşkil edilmişdir.
        18 mart tarixində Binə qəsəbəsində Novruz bayramı münasibətilə  bayram süfrəsi  açılmaqla  ümumrayon tədbiri keçirilmişdir. Tədbirdə RİH-nin Başçısı G.İslamov, Millət vəkili R.Əliyev, YAP rayon təşkilatının  sədri N.Əhmədov, idarə - müəssisə, təşkilat  rəhbərləri və sakinlər iştirak etmişlər.
31 mart Azərbaycanlıların Soyqırımı  ilə bağlı 123 №-li  məktəbdə Anım mərasimi  keçirilmişdir.
2017-ci  ilin may ayında Ulu Öndər Heydər Əliyevin  anadan olmasının 94-cü ildönümü münasibətilə YAP rayon təşkilatı ilə birlikdə rayonda silsilə tədbirlər keçirilmişdir. Rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə Ulu Öndər H.Əliyevin məzarı ziyarət edilmiş və H. Əliyev Mərkəzinə səfər təşkil edilmişdir. H.Əliyevin xatirəsinə həsr edilmiş futbol,  güləş yarışları təşkil edilmiş  və qaliblər mükafatlandırılmışlar. Bundan əlavə  Buzovna-Şüvəlan magistral yolunun ətrafında   ağacəkmə kompaniyası keçirilmişdir.
9 may - Qələbə günü, 28 may – Respublika günü , 15 iyun- Milli Qurtuluş günü münasibətilə də  bir çox tədbirlər həyata keçirilmişdir.
23 iyun 2017-ci  il tarixində Xəzər RİH-i Aparatında Dövlət Qulluqçularının peşə bayramı münasibətilə geniş  tədbir keçirilmiş və rəhbərlik  dövlət qulluqçularını bayram münasibətilə təbrik etmiş, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Xəzər RİH-i Başçısı Aparatının  şöbə müdiri Əfsar Xasay oğlu Mirzəliyevin  «Dövlət qulluğunda fərqlənməyə görə» medalı ilə təltif olunmasını və bunu Xəzər rayon ictimaiyyətinə verilən xüsusi qiymətinin  təzahürü kimi vurğulamışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən əhalinin tibbi müayinədən keçməsi ilə əlaqədar olaraq 15 fevral- 15 may 2017-ci  il tarixində rayon əhalisinin 108114 nəfəri tibbi müayinədən keçmişdir.
          Rayon rəhbərliyinin təşəbbüsü ilə 01 iyun –22 iyun 2017-ci  il  tarixində «Səyyar ASAN» xidmət avtobusu rayonun Türkan və Zirə qəsəbələrində olmuş  və 1500-ə yaxın sakin xidmətdən yararlanmışdır.
2017-ci ilin 6 ayı ərzində Xəzər rayon İcra Hakimiyyəti Aparatına 1383 ərizə, şikayət və müraciət, 1204 xidməti  sənəd daxil olmuşdur. Daxil olmuş 1383 ərizə və müraciətlərdən 494 ərizə müsbət həll edilmiş, 790 ərizə və müraciətə  lazımi  izahat və təkliflər  verilmiş, 6 ərizə  aidiyyatı  üzrə göndərilmiş, 6 ərizə əsassız sayılmış, 54 ərizə isə icraatdadır. Müqayisə üçün qeyd olunmalıdır ki, daxil olan ərizə və şikayətlərin sayı ötən  ilin müvafiq dövrünə nisbətən 22 % azalmışdır.
          Hesabat dövründə Xəzər rayon İcra Hakimiyyəti Başçısının qəbulunda 43 vətəndaş olmuşdur. Ötən dövrdə vətəndaşların İcra Hakimiyyətində qəbul  edilməsinin və müraciətlərinə baxılmasının  bir qismi elektron formada həyata keçirilmişdir.
2017-ci ilin birinci yarısında RİH-i Başçısı  tərəfindən qəsəbələrdə 12 səyyar qəbul keçirilmiş və bu görüşlərdə 1359 nəfər vətəndaş iştirak  etmiş, 41 müraciət səsləndirilmişdir.  Müraciətlərdən asfalt örtüyünün salınması, təbii qaz problemləri, su-kanalizasiya və nəqliyyat  problemləri üstünlük təşkil etmişdir.  Səyyar qəbullarda səsləndirilmiş müraciətlərin əksəriyyəti müsbət həll olunmuş, digər məsələlərlə  bağlı isə aidiyyatı  qurumlara  məktublar göndərilmişdir.
Keçirilən səyyar  görüşlərdə Millət vəkili Rauf Əliyev də iştirak edərək sakinləri narahat edən problemlərin həlli istiqamətində görülmüş və  görüləcək işlər barədə ətraflı məlumat vermişdir.
           Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  10 aprel 2017-ci il tarixdə  keçirdiyi müşavirədə Yerli İcra Hakimiyyətlərinə  də bir sıra tapşırıqlar vermişdir. Bunlardan  biri də yerli və xarici investorların cəlb edilməsilə ərazidə istehsal  müəssisələrinin, sahibkarlıq subyeklərinin yaradılması, eləcə də  yeni iş yerlərinin açılması ilə bağlı olmuşdur. Cənab Prezidentin tapşırığını rəhbər tuturaq Xəzər RİH-nin müvafiq şöbələrinə,  qəsəbə nümayəndələri və bələdiyyə sədrlərinə yerli  və xarici investorların rayonumuza cəlb edilməsi istiqamətində daha səmərəli fəaliyyət  göstərmələri,   aidiyyatı idarə, müəssisə və təşkilat  rəhbərlərinə  isə onlar üçün lazımi şəraitin  yaradılması məqsədilə müvafiq işlərin görülməsi tapşırılmış və bu işlər ciddi nəzarətə  götürülmüşdür.
          Prespektivdə Xəzər rayon İcra Hakimiyyəti tərəfindən aparılan abadlıq-quruculuq işləri çərçivəsində Şüvəlan qəsəbəsi, A.İldırım  küçəsindəki  daha 2 binanın təmir-bərpa işlərinin davam  etdirilməsi, orada yerləşən istirahət  parkındakı yenidənqurma işlərinin başa çatdırılması, Mərdəkan, Binə və Buzovna qəsəbələrindəki  bəzi hündürmərtəbəli  binaların təmir edilməsi,  Binə qəsəbəsində yeni istirahət  parkının tikintisi, qəsəbədaxili küçələrə asfalt  örtüyünün salınması, qəsəbələrin ərazilərində yolların kənarlarında yaşıllıqların salınması  və bu kimi digər işlər durur. Əmin ola bilərsiniz ki,  bu işlərin  öhdəsindən də layiqincə gələcəyik.
         Xəzər RİH-i sakinlərin rahat, firavan yaşamasına yönələn bu kimi layihələrin həyata keçirilməsi üçün müvafiq işlər görəcək, qarşıdakı dövrdə də  Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqlarının vaxtında və keyfiyyətlə  icrası, vətəndaşlarımızın layiq olduqları rifahlı yaşayışın təmin edilməsi üçün  bütün imkanları səfərbər edərək qarşıya qoyulan vəzifələrin  öhdəsindən layiqincə gəlməyə çalışacaqdır.

Diqqətinizə görə sağ olun!

Keçidlər