Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda əhalini fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin etmək məqsədi yenidənqurma işləri davam etdirilir

10 iyul 2020 | 16:00

    "Azərişıq" ASC Xəzər Rayon Enerji Təchizatı və Satışı idarəsi tərəfindən yenidənqurma işləri davam etdirilir. Əhalini fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin etmək məqsədi ilə yeni KTM-lər quraşdırılır, istismar müddətini başa vuran TM-lər yenisi ilə əvəz olunur.
    

    Təhlükəsizliyi təmin etmək üçün Transformator məntəqələrinin etrafı çəpərlənir, yeni dayaqlar basdırılır və SİP kabellər çəkilərək təzə şəbəkə yaradılır. Yay mövsümünü nəzərə alaraq və bağ zonalarına gəlişi ilə əlaqədar əhalinin keyfiyyətli elektrik enerjisi ilə təmin etmək məqsədi ilə Mərdəkan, Şüvəlan, Şağan, Qala,    Buzovna və Binə qəsəbələrində gərginliyin tənzimlənməsi işləri aparılır. "Azərişıq" ASC tərəfindən hər bir qəsəbədə 24 saat növbətçilik təşkil olunub, müraciətlər operativ araşdırılır və həll olunur.

Keçidlər