Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda dezinfeksiya işləri davam etdirilir

09 aprel 2020 | 16:00

    Xəzər rayonunda vətəndaşların sağlamlığının qorunması məqsədilə koronavirus (COVID-19) infeksiyasına qarşı təxirəsalınmaz qabaqlayıcı tədbirlər davam etdirilir.
   Görülən dezinfeksiya tədbirləri çərçivəsində Bakı Şəhər İcra Hakimiyyəti və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə xüsusi texnikalardan istifadə olunaraq su şırnaqları ilə 8 aprel 2020-ci il tarixində Buzovna qəsəbəsində mərkəzi küçə və prospektlər yuyularaq dezinfeksiya edilmişdir.
    Bu istiqamətdə işlər mütəmadi olaraq davam etdirilir.

Keçidlər