Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun Buzovna qəsəbəsinin "Təmənis" yaşayış sahəsində yaşayan sakinlərlə səyyar qəbul-görüşü keçirilib

25 sentyabr 2019 | 16:00

     25 sentyabr 2019-cui il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun  Buzovna qəsəbəsinin “Təmənis” Yaşayış massivində yaşayan  sakinlərlə  səyyar qəbul-görüşü keçirilib.
     Səyyar görüşdə RİH başçısının müavinləri, aparatın şöbə müdirləri, rayon üzrə fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.
     Görüşü Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov açıq elan edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında rayonda həyata keçirilən müxtəlif Dövlət proqramlarının uğurla icrası nəticəsində abadlıq-quruculuq, yenidən qurma işlərinin sürətlənməsi və rayon ərazisində əsaslı Infrastruktur layihələrin həyata keçirildiyini vurğulayaraq, qəbulda iştirak edən sakinləri fəal olmağa çağırıb, onları narahat edən problemlərin qaldırılmasını bildirib.
    Qəbulda iştirak edən sakinlər əsasən nəqliyyat, küçə işıqlarının olmaması, içməli su və kanalizasiya və digər sosial məsələlərlə bağlı rayon rəhbərinə müraciət ediblər.
   Qəbulda səslənən müraciətlər, təklif və rəylər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilib, qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.
   Sonda sakinlər əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər

 

 

Keçidlər