Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda Novruz yarmarkası işə başladı

16 mart 2019 | 16:00

        Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə paytaxtda və ölkənin bütün şəhər və rayon mərkəzlərində martın 2-dən etibarən hər həftənin şənbə və bazar günləri, martın 16-dan 21-dək isə hər gün Novruz yarmarkaları keçirilir.
      Azərbaycan Respublikası Prezident Administrasiyasının təşkilatçılığı ilə Bakı Şəhər İcra Hakimiyyəti və Kənd Təsərrüfatı Nazirliyi ilə birgə əhalinin tələbatı nəzərə alınaraq Novruz bayramı ərəfəsində paytaxtın bütün rayonlarında kənd təsərrüfatı məhsulları yarmarkaları yaradılıb.
    Artıq bu gündən etibarən mart ayının 21-dək  paytaxtın Xəzər rayonunda yaradılan satış yarmarkası Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi,  döngə 2 ünvanında (köhnə avtovağzalda) fəaliyyət göstərəcək.
    Hər cür şəraitə malik olan bu yarmarkada respublikamızın müxtəlif bölgələrindən fermerlər, ailə təsərrüfatları əhaliyə geniş çeşiddə kənd təsərrüfatı məhsullarını bazar qiymətlərindən xeyli ucuz təklif edəcəklər. Burada məhsulların keyfiyyətinə və qiymətlərinə müvafiq qurumlar tərəfindən nəzarət olunacaq.
  Təşkil olunmuş yarmarkada xalqımızın əziz bayramı olan Novruz bayramı münasibətilə şənliy təşkil edilmişdir.

Keçidlər