Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda “3 dekabr Benəlxalq Əlillər Günü" münasibətilə tədbir keçirildi

03 dekabr 2018 | 16:00

      “3 dekabr 2018-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyəti və  YAP Xəzər rayon Təşkilatının birgə təşkilatçılığı ilə “3 dekabr- Beynəlxalq Əlillər Günü” münasibətilə Şağan Mədəniyyət Mərkəzində tədbir keçirilmişdir. Tədbirdə Millət Vəkili Rauf Əliyev, Xəzər Rayon İcra Hakimiyyəti Başçısının müavini Lalə Əhmədova, YAP Xəzər rayon Təşkilatının sədri Namik Əhmədov , Xəzər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının şöbə müdiri Gülbala Qurbanov  və   Milli Aviasiya Akademiyasıının tələbələri iştirak etmişdilər .
       Tədbirdə rayonda fəaliyyət göstərən 2-4 saylı Xüsusi İnternat məktəbləri, 1 saylı psixonevroloji uşaq xidmət müəssisəsi, Gənclər Evinin, Şağan Əlillər Pansionatının, müharibə əlillərinin əl işlərindən ibarət sərgisi nümayişi olmunmuş və əlil uşaqların hazırladığı musiqi nömrələrinə baxış keçirilmişdir

Keçidlər