Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Xəzər rayon təşkilatının yaranmasının 25 illiyi ilə bağlı yubiley tədbiri keçirildi

18 sentyabr 2018 | 16:00

     18 sentyabr 2018-ci il tarixində Yeni Azərbaycan Partiyası Xəzər rayon Təşkilatının yaradılmasının 25 illiyi münasibətilə YAP Xəzər rayon Təşkilatı və Xəzər rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə yubley tədbiri keçirildi.
      Tədbir iştirakçıları əvvəlcə Xəzər rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında ucaldılan Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad etdilər.
      YAP Xəzər rayon təşkilatının binasında davam edən yubley tədbirində YAP Xəzər rayon Təşkilatının sədri tədbiri açıq elan edərək, yubley münasibətilə partiya üzvlərini təbrik etmiş, müstəqilliyin əvvəllərində ölkəmizdə bütün sahələrdə tənəzzülün yaşandığı dövrdə yaranan partiyanın Azərbaycanın inkişafında, dövlətin güclənməsində, xalqımızın firavanlığına qovuşmasında misilsiz xidmətlər göstərdiyini vurğulamışdır. N.Əhmədov həmçinin bildirmişdir ki, bütün bunlar partiyanın qurucusu ümummilli lider Heydər Əliyevin uğurlu strategiyasının məntiqi nəticəsi idi. Bu gün bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində sürətlə inkişaf edən Azərbaycan mühüm nailiyyətlər qazanır.
      Sonra YAP İcra Katibinin müavini, Milli Məclisin ictimai birliklər və dini qrumlar komitəsinin sədri Siyavuş Novruzov, Milli Məclisin deputatı Rauf Əliyev, Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov, YAP Xəzər rayon təşkilatının sədr müavini Zeynəb Əliyeva, YAP Xəzər rayon Təşkilatının Gənclər Birliyinin sədri Məxmər Rüstəmova çıxışlar edərək bildirdilər ki, Ulu öndərimiz Heydər Əliyevin yaratdığı YAP ölkəmizin həyatında yeni mərhələnin əsasını qoyub, yarandığı vaxtdan siyasi mübarizələrlə dolu şərəfli bir yol keçib. YAP Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi siyasətin avanqard qüvvəsi kimi, xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhvəsini verməkdədir. Bu fəaliyyət bundan sonrada davam edəcək, yeni Azərbaycan partiyasının  Azərbaycan xalqının Ümummilli lider Heydər Əliyevin əməllərinin yaşadacaq, Heydər Əliyev siyasi məktəbinin, onun yolunun və ideyalarının davamçısı olacaq. 
      Sonda YAP Xəzər rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəallarına fəxri fərmanlar, partiya sıralarına yeni daxil olan gənclərə isə partiyanın vəsiqələri təqdim edildi.

 

Keçidlər