Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 - ci ildönümü münasibətilə Futbol üzrə Xəzər rayon turniri keçirilmişdir.

07 may 2018 | 16:00

   Xəzər rayon İcra Hakimiyyəti, YAP Xəzər rayon təşkilatı ,Xəzər rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə  28 aprel - 07 may  2018 – ci il tarixlərində   “ Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının  95 - ci ildönümünü rayonda yüksək səviyyədə qeyd etmək, gənclərin asudə vaxtının səmərəli təşkili ,  idman və sağlam həyat tərzini təbliğ etmək, ən  güclü  futbolçuları  aşkar etmək, bu idman növünü  rayonda  inkişaf etdirmək məqsədilə Futbol üzrə Xəzər rayon turniri  keçirilmişdir.
Yarışlar  28 aprel - 07 may  2018 – ci il tarixlərində Şağan Olimpiya İdman Kompleksinin , AFFA Futbol Mərkəzinin “Dalğa Arena “  və “ Azal Arena “ stadionlarında keçirilmişdir. Ümumilikdə rayon turnirində  8 komanda tərkibində   144 nəfər futbolçu  iştirak etmişdir.
    07.05.2018-cı il tarixdə finala çıxmış kamandalar arasında növbəti oyun  keçirildi. Sona qalan Şüvəlan və Buzovna komandaları arasında keçirilən oyunda Şüvəlan komandası qalib gələrək kuboka sahib çıxmışdır.
“Azal Arena” Stadionunda keçirilən final oyununu izləmək üçün Xəzər rayon İcra Hakimiyyətinin Başçısı  cənab Gülağa İslamov, YAP Xəzər rayon təşkilatının sədri Namik Əhmədov Xəzər rayon Hüquq mühafizə orqanlarının rəhbərləri, iştirak  etmişdilər.
Sonda I,II və III yerləri tutmuş komandalar Xəzər rayon İcra Hakimiyyəti, YAP Xəzər rayon təşkilatı tərəfindən kubok,  diplomlar və hədiyyələrlə mükafatlandırılmışdırlar.

Keçidlər