Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Binə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 2017-cı ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirilmişdir.

09 yanvar 2018 | 16:00

      09 yanvar  2017-ci il tarixində Binə Mədəniyyət Mərkəzində Binə qəsəbə nümayəndəliyinin 2017-cı ilin yekunlarına dair hesabat yığıncağı keçirilmişdir.
      Hesabat yığıncağında Rayon İcra Hakimiyyəti Başçısının I müavini Vaqif Həsənov,  Şura üzvləri Əfsar Mirzəliyev, Gülbala Qurbanov ,Rəhilə Baxşiyeva , RİH Başçısı Aparatının məsul işçiləri, Rayon İcra Hakimiyyəti Başçısının Binə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Tahir Əliyev, Binə Bələdiyyəsinin sədri Habil Həmidov, rayonun idarə- müəssisə və təşkilat rəhbərləri, həmçinin 200 nəfər qəsəbə sakini iştirak etmişdir.
     Yığıncağı giriş sözü ilə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vaqif Həsənov açaraq qəsəbədə görülən və görülməsi nəzərdə tutulan  işlər barədə ətraflı məlumat vermiş, hərkəsi hesabat məruzəsi ətrafında fəal iştirak etməyə dəvət etmişdir.
Yığıncaqda Rayon İcra Hakimiyyəti başçısının Binə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Tahir Əliyev və Binə  Bələdiyyəsinin sədri Habil Həmidov 2017-ci il ərzində qəsəbədə görülən işlər barədə hesabat məruzəsi ilə çıxış etmişdir.
        Sonda Xəzər Rayon İcra Hakimiyyəti başçısının I müavini Vaqif Həsənov vətəndaşların qaldırdıqları məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermiş, ümumilikdə görülmüş işləri qənaətbəxş hesab edərək , bundan sonrakı illərdə də fəaliyyət sahəsində  daha da məsuliyyətli olmağı, sakinlərlə işlərin düzgün qurulması istiqamətində tədbirlərin davam etdirilməsini  tapşırmışdır.

Keçidlər