Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda “Vətənpərvərlik” mövzusunda tədbir keçirilmişdir.

22 dekabr 2017 | 16:00

      22 dekabr 2017-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyəti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon İdarəsinin birgə təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında “Vətənpərvərlik” mövzusunda tədbir keçirilmişdir. 
       Tədbirə Xəzər rayon İcra Hakimiyyəti, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, müharibə veteranları, şəhid ailələri, rayon Gənclər və İdman İdarəsi və çağırışçı gənclərin valideynləri, rayonun təhsil müəssisələrinin şagirdləri dəvət olunmuşdur.
       Tədbirdə Xəzər RİH Başçısının I müavini V.Həsənov, Respublika Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə müdiri polkovnik Rasim Şirinov, Azərbaycan Respublikası Prezidenti Yanında QHT-na Dəstək Fondunun nümayəndəsi Emin Həsənli, Milli Ordunun Mədəniyyət Mərkəzinin üzvü kapitan Şəmistan Əlizamanlı çıxış etmişlər.
       Sonda məktəblilərin ifasında kompazisiyalar göstərilmiş və Şəmistan Əlizamanlı ifasında vətənpərvərlik mövzusunda mahnılar səslənmişdir.

Keçidlər