Şriftin ölçüsü :

Saytın rəngi :

Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Xəzər rayon filialının yeni 5 il müddətinə sədrin seçilməsi və ötən 5 il ərzində görülən işlər haqqında hesabat yığıncağı keçirilmişdir.

23 noyabr 2017 | 16:00

        23.11.2017-ci il tarixində Mərdəkan Mədəniyyət Sarayında Qarabağ  Müharibəsi Əlilləri, Veteranları  və Şəhid Ailələri İctimai Birliyinin Xəzər rayon filialının yeni 5 il müddətinə sədrin seçilməsi və ötən 5 il ərzində görülən işlər haqqında hesabat yığıncağı  keçirilmişdir. Tədbirdə RİH Aparatının İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Gülbala Qurbanov, Respublika Qarabağ Əlilləri, Şəhid Ailələri və Müharibə Veteranları İctimai Birliyinin Nəzarət Təftiş Komissiyasının sədri Ariz Məmmədov, Millət Vəkili Rauf Əliyevin köməkçisi Əfrasiyab Əmirov, Qarabağ  Müharibəsi Əlilləri, Veteranları  və Şəhid Ailələri İctimai Birliyinin Xəzər rayon filialının sədri Səfa Əliyev və Birliyin üzvləri iştirak etmişdir. Tədbirdə RİH Aparatının İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Gülbala Qurbanov, hesabat məruzəsi ilə Səfa Əliyev, Şəhid Ailələri və Müharibə Veteranları İctimai Birliyinin Nəzarət Təftiş Komissiyasının sədri Ariz Məmmədov, II qrup Qarabağ əlilləri  İslam Əzimov, Gülbətin Həmidova və Fariz Əliyev çıxış etmişlər. Səfa Əliyev yenidən İctimai-Birliyin Xəzər rayon filialının sədri seçilmişdir.

Keçidlər