Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayon İcra Hakimiyyəti başçısının Şüvəlan qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirildi.

22 noyabr 2017 | 16:00

       22 noyabr 2017-ci il tarixində Şüvəlan Mədəniyyət Evində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı cənab Gülağa İslamovun Şüvəlan qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirildi.
      Görüşdə Rayon Ağsaqqallar Şurasının sədri Rövşən Salahov, RİH başçısının müavinləri, şöbə müdirləri, rayonun idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri və qəsəbə sakinləri iştirak etdilər.
       Görüşü Rayon İcra Hakimiyyətinin başçısı cənab Gülağa İslamov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə gedən sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlərdən söz açdı. Daha sonra RİH başçısı Xəzər rayonunda gedən, xüsusilə Şüvəlan qəsəbəsində aparılan təmir-tikinti, abadlıq və quruculuq işlərindən danışdı.
      Səyyar görüşdə iştirak edən sakinlər çıxış edərək  Şüvəlan qəsəbəsində geniş vüsət alan abadlıq-quruculuq işlərinə görə razılıqlarını ifadə edərək, əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.  
        Qəsəbə sakinləri tərəfindən əsasən qəsəbədə içməli su, kanalizasiya və qəsəbə daxili yolların asfaltlanması ilə bağlı müraciətləri dinlənilmişdir.
       Rayon İcra Hakimiyyətinin başçısı G.İslamov rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışaraq, sakinlər tərəfindən qaldırılan məsələlərin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verdi.

 

 

 

Keçidlər