Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımının 25-ci il dönümünə həsr edilmiş tədbir keçirildi.

24 fevral 2017 | 16:00

  24 fevral 2017-ci il tarixində Xəzər rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  Mərdəkan Mədəniyyət Sarayında  26 fevral-Xocalı soyqırımının 25-ci il dönümünə həsr edilmiş anım tədbiri keçirildi.                 
  Tədbirdə Xəzər RİH Başçısının müavini Arif Balayev, RİH Başçısı Aparatının şöbə müdirləri və əməkdaşları,  rayon hüquq mühafizə orqanlarının əməkdaşları, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri,  məktəblilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Tədbir iştirakçıları ilk öncə Mədəniyyət Sarayının foesində təşkil olunmuş rayon məktəblilərinin əl işlərindən və qanlı faciəni əks etdirən rəsm əsərlərindən ibarət sərgi ilə tanış oldular.
   Xocalı soyqırımında həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra,  rayonun 124 saylı tam orta məktəbinin şagirdləri tərəfindən hazırlanan ədəbi bədii kompozisiya və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanan Milli Qəhrəmanlarımıza həsr olunmuş film nümayiş etdirildi.

 

Keçidlər