Şriftin ölçüsü :

Saytın rəngi :

"2 Fevral Azərbaycan Gəncləri Günü " Xəzər rayonunda qeyd edilmişdir

04 fevral 2017 | 16:00

      3 fevral 2016-cı il tarixində Zirə Mədəniyyət Mərkəzində-Eko Parkda Xəzər rayon İcra Hakimiyyəti, YAP Xəzər rayon Təşkilatı və rayon Gənclər İdman İdarəsinin təşkilatçılığı ilə "2 Fevral Azərbaycan Gənclər Günü" nə həsr olunmuş bayram tədbiri və Azərbaycanın Xalq rəssamı, məşhur heykəltəraş Ömər Eldarovun yaratdığı heykəllərindən ibarət foto sərgi nümayiş olunmuşdur.
       Tədbirdə Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Balayev, Millət Vəkili Rauf Əlyev, YAP Xəzər rayon Təşkilatının sədri Namiq Əhmədov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov, RİH Başçısı Aparatının şöbə müdirləri və rayon gəncləri iştirak etmişdirlər.
    Bayram tədbirindən öncə gənclərin rayonun bir sıra tarixi abidələrinə ekskursiyası təşkil olunmuşdur. Tədbirdə çıxış edən Xəzər rayon İcra Hakimiyyəti Başçının müavini cənab Arif Balayev, Millət vəkili cənab Rauf Əliyev, Yeni Azərbaycan Partiyası Xəzər rayon Təşkilatının sədri cənab Namik Əhmədov, Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi cənab Vüqar Əliyev, Xalq rəssamı, məşhur heykəltəraş Ömər Eldarov gəncləri təbrik edərək onlara gəlcək həyatlarında uğurlar arzulamışlar. Tədbir boyu Xəzər rayon Gənclər və İdman İdarəsinin 2016 ci ildə gənclər siyasəti və idman sahəsində keçirdiyi tədbirlərin foto və video hesabatı təqdim olunmuşdur.
     Daha sonra gənclər siyasəti sahəsində keçirilən tədbirlərdə fəallıq göstərən bir qrup gənc diplomla mükafatlandırılmışdır. Tədbir konsert proqramı ilə davam etmişdir.

Keçidlər