Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda ağacəkmə aksiyası keçirilmişdi.

03 dekabr 2016 | 16:00

       03 dekabr 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  ölkəmizdə ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi ilə bağlı verdiyi tapşırığın icrası ilə bağlı  Xəzər rayonunda növbəti ağacəkmə aksiyası keçirilmişdi.
      Aksiya  Buzovna-Qala magistralında keçirilmişdi. Aksiyada Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov, Millət Vəkili Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, başçının müavinləri, aparatının məsul işçiləri, rayon üzrə fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri ilə yanaşı, rayonun idarə, müəssisə və təşkilatların  kollektivləri, eləcə də qəsəbə sakinləri  iştirak etmişdir. Ümumilikdə aksiya zamanı 5000 ədəd  şam ağacı əkilmişdir. 
     Aksiya zamanı, həmçinin ərazidəki yaşıllıq sahələrində təmizlik işləri aparılmış, yeni əkilən ağaclar suvarılmış və onlara aqrotexniki qaydada qulluq göstərilmişdir. Əkilən ağacların inkişafı üçün  onların küləkdən qorunması və mühafizəsi məqsədilə zəruri tədbirlər görülmüşdür.

Keçidlər