Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda "Dini radikalizimlə mübarizədə dini icmaların fəaliyyətinin təşkili" mövzusunda seminar müşavirəsi keçirilmişdir.

28 oktyabr 2016 | 16:00

      28 oktyabr 2016 - ıcı il tarixində  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və Xəzər rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə Mərdəkan Mədəniyyət evində "Dini radikalizimlə mübarizədə dini icmaların fəaliyyətinin təşkili" mövzusunda seminar müşavirəsi keçirilmişdir. 
        Keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sədrinin birinci müavini Səyyad Salahlı, Xəzər rayon İcra Hakimiyyəti Başçısının müavini Arif Balayev, Xəzər rayon Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Asif Abbasov, Komitənin  şöbə müdiri Elnarə Kərimova, Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov, XRİ-nin Başçısı Aparatının şöbə müdiri Gülbala Qurbanov, rayonun din xadimləri, ziyalıları və gəncləri iştirak edtmişdilər.
       Tədbirdə DQİDK-nın sədr müavini Səyyad Salahlı, Xəzər rayon İcra Hakimiyyəti Başçısının müavini Arif Balayev və Xəzər rayon Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Asif Abbasov dini radikalizm və ekstremizmin fəsadları, onunla mübarizə metodları ilə bağlı məruzə ilə çıxış etmişdilər. Çıxışçılar  ölkəmizdəki dini müstəvidə sabitlik və əmin-amanlığın bundan sonra da dövlətimiz üçün siyasi baxımdan prioritet məsələ olduğunu vurğulayaraq, cəmiyyətimizin, xüsusilə, gənclərin radikal təsirlərdən qorunmasında vətəndaşlarımızın üzərinə böyük məsuliyyət düşdüyünü qeyd etmişdilər.
       Digər çıxışçılar Zirə “Cümə” məscidinin Axundu Əjdər Mirzəyev və  Rayon ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov mövzu ilə bağlı öz fikirlərini bildirmişdilər.
       Sonda Tədbir iştirakçılarına Maarifləndirici ədəbiyyatlar paylanılmışdır.

Keçidlər