Şriftin ölçüsü :

Saytın rəngi :

123 saylı tam orta məktəbdə anım tədbiri keçirilmişdir .

16 sentyabr 2016 | 16:00

   15 sentyabr 2016-cı il tarixdə Xəzər rayonunun H.Z.Tağıyev adına 123 saylı orta məktəbdə 1918-ci il 15 sentyabr tarixində Bakı şəhərinin Türkiyənin Qafqaz İslam Ordusu tərəfindən erməni daşnaqlarından azad edilməsi münasibətilə şəhidlərin anım tədbiri keçirilmişdir . Tədbirdə DİN-nin Ali Hərbi Məktəbinin zabit kursantları, turkiyə respublikasının ali məktəbdəki müşaviri , RİH-nin İ müavini V.Həsənov , YAP Xəzər rayon Təşkilarının sədri N.Əhmədov , qəsəbə nümayəndəsi , bələdiyyə sədri qəsəbə ağsaqqalları ,123 saylı məktəbin müəllim şagird kollektivi iştirak etmişdir . Tədbir Azərbaycan və Türkiyə Respublikalarının Dövlət Himni ilə başladı. Sonra Ali Hərbi Məktəbin rəisi General Mayor İlqar Məmmədov , Türkiyə Respublikasının Ali Hərbi məktəbdəki müşaviri Polkovnik Hasan Basri Uçar, Xəzər RİH-nin I Müavini V.Həsənov, məktəbin direktoru S.Həsənova çıxış etmişdilər. Daha sonra tədbir iştirakçıları  şəhidlərin  xatirəsinə ucaldılan abidə önünə gül dəstələri qoydular .

Keçidlər