Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayon İcra Hakimiyyəti başçısının Türkan qəsəbəsində yaşayan sakinlərlə növbəti səyyar görüşü keçirildi

12 may 2022 | 05:00

    11 may 2022-ci il tarixində 119 saylı tam orta məktəbdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun Türkan qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib.
Görüşdə Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, Türkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Türkan bələdiyyəsinin sədri, rayonda fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.
    Səyyar görüşdə rayon sakinlərinin müxtəlif sahələrə dair müraciətləri dinlənilib, onları narahat edən məsələlərlə bağlı verdikləri suallar ətraflı cavablandırılıb.
   Sakinlər tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlərin bəziləri rayon icra hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, əlavə araşdırmalara ehtiyac olan məsələlərlə bağlı aidiyyəti qurumların  rəhbərlərinə müvafiq tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.

Keçidlər