Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda 29 Aprel - Beynəlxalq Rəqs Gününə həsr olunmuş “Xarıbülbül” adlı tədbir keçirilib

30 aprel 2022 | 16:00

  29 aprel 2022-ci il tarixdə Şüvəlan Mədəniyyət evində Beynəlxalq rəqs gününə həsr olunmuş “Xarı bülbül” adlı konsert proqramı təşkil edilmişdir.
Tədbirdə Xəzər Rayon İcra Hakimiyyəti başçısının I müavini Elşən Qurbanov, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Əhmədova, rayon mədəniyyət müəssisələrinin rəhbərləri, Şüvəlan qəsəbəsinin 230 və 156 nömrəli tam orta məktəblərin müəllim, şagird heyəti və qəsəbə sakinləri iştirak etmişdirlər.

 

 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı və 44 günlük Vətən Müharibəsində həlak olan şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad olundu.
Tədbirin aparıcısı çıxış edərək, Beynəlxalq rəqs günü və Azərbaycan rəqs mədəniyyətinin tarixi zənginliyi haqqında tədbir iştirakçılarına məlumat verərək konsert proqramını açıq elan elədi.

 
 Sonra konsert proqramı Səma rəqs ansamblının  “Zəfər”, “Xarı bülbül”, “Sarı gəlin”, “Avar”, “İncəlik”, “Yallı”, “Azərbaycan suitası”, İspan, hind, gürcü, özbək və digər yaddaqalan rəqsləri ilə davam etdi.

 

Sonda tədbir iştirakçıları “Şuşa ili”nə həsr olunmuş sərgiyə baxış keçirildi.

 

Keçidlər