Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib

10 dekabr 2021 | 16:00

  10 dekabr 2021-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının birgə təşkilatçılığı ilə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilmişdir.
  Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov və müavinləri, Yap Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Millət Vəkili Soltan Məmmədov,  Hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə-müəsissə və təşkilat rəhbərləri, ictimai birliklərin sədrləri, DİN-nin  Polis Akademiyası və Siravi və kiçik rəis heyəti hazırlayan məktəbin kursantları, bir qrup hərbi qulluqçu və ictimaiyyət nümayəndələri iştirak etmişdir.
  Tədbir iştirakçıları tərəfindən ilk öncə Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi ziyarət edilmiş, önünə əklil və gül dəstələri qoyulmuş, xatirəsi ehtiramla yad edilmişdir.
  Daha sonra,  Şağan Mədəniyyət Mərkəzində Orxan Cabbarlının müəllifliyi ilə Azərbaycan Televiziyası tərəfindən lentə alınmış Ulu Öndər Heydər Əliyev haqqında “Unudulmaz gün” adlı sənədli filmi nümayişi olunub.

 

Keçidlər