Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda abadlıq-quruculuq işləri davam edir

14 sentyabr 2021 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarının icrası olaraq paytaxt Bakımızda aparılan geniş miqyaslı abadlıq quruculuq işləri çərçivəsində Xəzər rayonu ərazisində də abadlaşdırılma və yeni yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

  

 

Rayon İcra Hakimiyyəti tərəfindən sakinlərin müraciətləri və yerlərdən  olan təkliflər nəzərə alınaraq, görülən abadlıq-quruculuq işləri yerli sakinlər tərəfindən sevinclə qarşılanır.

  

 

Görülən işlər çərçivəsində rayonun mərkəzi küçə və prospektlərində təmir-bərpa işləri görülür, yeni piyada səkiləri salınır, yeni bardürlər düzülür, ümumi görünüşə xələl gətirən kommunikasiya xətləri nizamlanır, müvafiq yerlərdə yerüstü xətlər yerin altına salınır, işıq dirəkləri yeniləri ilə əvəz olunur, ətrafdakı hasarların, fərdi evlərin fasadlarında rənglənmə işləri görülür və yeni yaşıllıqlar salınır.

 

 

Hal-hazırda rayonun ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq-quruculuq və yaşıllaşdırma işləri davam etdirilir.
  Bundan əlavə, Bakı Nəqliyyat Agentliyi tərəfindən rayon ərazisində Piyadaların rahatlığı və təhlükəsizliyinin artırılması məqsədilə bir sıra svetoforlarla nizamlanan yol kəsişmələrində piyada keçidlərinin 4 tərəfli formada təşkil edilməsi işləri aparılmışdır.

 

 

Rayon ərazisində ətraf mühitin qorunması və ekoloji vəziyyətin daha da yaxşılaşdırılması məqsədilə qəsəbə ərazisində mövcud yaşıllıqlara xüsusi diqqət göstərilərək ağac və gül kollarının suvarılması, çəmənliklərin biçilməsi, yabanı otların təmizlənməsi və ətraf ərazidə təmizlik işləri aparılır.

 

 

Keçidlər