Şriftin ölçüsü :

Saytın rəngi :

Sazişin imzalanması dostluq və qardaşlıq münasibətlərin rəsmiləşdirilməsi deməkdir

26 yanvar 2021 | 16:00

  Azərbaycan ilə Türkmənistanın münasibətlərinin tarixi çox qədimdir.Xalqlarımız eyni dinə,dilə və adət-ənənələrə malikdirlər.Türkmənlərin və azərbaycanlıların kökü də eynidir.Belə ki,hər iki xalq mənşəcə oğuz türküdür.Orta Asiya dövlətləri arasında dil baxımından bizə ən yaxın olan dövlət də məhz Türkmənistandır.
    Hələ keçmiş SSRİ-nin tərkibində olarkən də müttəfiq respublikalar kimi Azərbaycan və Türkmənistan arasında müəyyən iqtisadi və mədəni əlaqələr mövcud olmuşdur. Sovet İttifaqı süqut etdikdən sonra müstəqil dövlətlər olaraq ölkələrimiz arasındakı münasibətlər üçün də geniş üfüqlər açılmışdır.

    Doxsanıncı illərin əvvələrində əsası qoyulan diplomatik münasibətlər,qarşılıqlı olaraq Ulu Öndər Heydər Əliyevin Türkmənistana və Türkmənistanın prezidenti Saparmurad Niyazovun Azərbaycana səfərləri ilə yeni mərhələyə qədəm qoymuşdur.
    2000-ci illərin sonlarında isə Türkmənistanın yeni prezidenti Qurbanqulu Berdiməhəmmədovla Azərbaycan prezidenti İlham Əliyevin görüşləri və danışıqları nəticəsində ölkələrimiz arasında ən yeni dövr başlamışdır.
    Məlum olduğu kimi Xəzəryanı dövlətlər olaraq Azərbaycan və Türkmənistan böyük neft və qaz ehtiyatlarına malikdir.
    Ən son olaraq 2021-ci il yanvarın 21-də Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq”  yatağının karbohidrogen ehtiyatlarının birgə kəşfiyyatı,işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevlə Türkmənistan prezidenti Qurbanqulu Berdiməmmədov arasında videokonfrans formatında görüş keçirilmişdir.Xalqların rifahına xidmət edən beynəlxalq əməkdaşlıq sazişinin imzalanması dostluq və qardaşlıq münasibətlərinin rəsmiləşdirilməsi anlamına gəlir. Bu memorandumun imzalanması ilə Xəzərin karbohidrogen yataqlarının bölgüsü üstündə yaranmış ixtilaflar aradan qalxır,davamlı əməkdaşlığa zəmin yaranır.
    Regionun inkşafına mühüm təsir göstərən bu sənəd xalqlarımızı və ölkələrimizi daha da yaxınlaşdıracaq.
    Dövlət başçılarının da qeyd etdikləri  kimi,bizim əməkdaşlığımız xalqlarımıza bu qədər nemətlər bəxş edən bu nadir su hövzəsinin qorunmasına xidmət etməklə ölkələrimizin hələ uzun illər boyu davamlı inkşafını təmin edəcəkdir.
    Təsadüfi deyil ki, Türkmənistanın təbii qaz ehtiyatları ümumdünya ehtiyatlarının 9%-ni təşkil edir və bu göstərici ilə Türkmənistan dünyada Rusiya,İran və Qətərdən sonra dördüncü yeri tutur.Əvvələr yalnız Çin və İran bazarı ilə kifayətlənməli olan ölkə,bu sazişdən sonra Azərbaycan vasitəsilə Avropa bazarına çıxış imkanı əldə edir ki,bu da Azərbaycanın həm də tranzit ölkə kimi əhəmiyyətini artırmış olur.
    Ölkələrimiz arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq regionda yaranmış yeni şərait və yeni nəqliyyat yollarının açılması nəzərə alınmaqla daha yüksək səviyyəyə çatacaq.
    Azərbaycan və Türkmənistan arasında memorandumun imzalanması Mərkəzi Asiyanın enerji resurslarını Avropa bazarına çıxaracaq Transxəzər layihəsinə “yaşıl işığın” yandırılması hesab oluna bilər
    Bu sazişi ehtiva edən amillərdən biri də hər iki ölkədə siyasi sabitliyin olmasıdır.
Sabitlik olmayan yerdə inkşaf mümkün deyil.Məhz sabitlik tərəqqiyə,rifaha, investisiyalara,ən iri beynəlxalq şirkətlərin diqqətinə və bununla da beynəlxalq aləmdə ölkələrin söz sahibi olmasına  gətirib çıxaran mühüm faktorlardır.
    Bu gün Türkmənistan və Azərbaycan investisiyalar üçün açıqdır.Xarici şirkətlər vəsaitlərinin qorunacağına əmin olduqlarından hər iki ölkəyə böyük sərmayə yatırırlar.
    Türkmənistan və Azərbaycan müstəqil xarici və daxili siyasət yeridən,özlərini tamamilə təmin edə bilən ölkələrdir.Biz istər beynəlxalq kreditlərdən,istər xarici köməkdən,istərsə də xarici təsirin hər hansı başqa formasından asılı olmayan,öz milli,mənəvi və əxlaqi ənənələrinə sadiq olan qardaş ölkələrik.
    Sevindirici haldır ki,artıq ölkələrimiz arasında mübahisəli məsələ qalmayıb.Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması ölkələrimiz arasında etibarlı münasibətlərin yaranmasına təkan vermiş oldu.
Azərbaycan və Türkmənistan beynəlxalq strukturlarda bir-birini daim fəal dəstəkləyir.Azərbaycan BMT Baş Assambleyasının Türkmənistanın əbədi neytrallığı barədə qətnaməsinin həmmüəllifi olub.Ölkəmizin,Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Sammitinin,həmçinin BMT Baş Assambleyasının koronavirusa qarşı mübarizə məsələləri üzrə xüsusi sessiyasının keçirilməsi kimi təşəbbüsləri Türkmənistan tərəfindən fəal dəstəklənmişdir.
    Beləliklə 21 yanvar tarixində imzalanmış saziş Xəzərin karbohidrogen resurslarının mənimsənilməsində yeni bir parlaq səhifə açmış oldu.

149 nömrəli tam orta məktəbin

direktoru Rəhilə Baxşiyeva

Keçidlər