Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhərə yağan ilk qardan sonra Xəzər rayonunda təmizlik aksiyası keçirilmişdir

23 yanvar 2021 | 16:00

Bakı şəhərinə yağan ilk qardan sonra, Xəzər rayonunda da payız-qış mövsümünə hazırlıq tədbirləri planına uyğun operativ tədbirlər həyata keçirilmişdir.

  

  

Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə səhər saatlarından etibarən rayon ərazisində operativ təmizlik işlərinin həyata keçirilməsinə başlanılmışdır.

  

  

Rayon ərazisində prospekt və mərkəzi küçələrin kənarlarının çirklənmədən təmizlənməsi, səki kənarları, dayanacaqların, bordyurların və buradakı işıq dirəklərinin yuyulması, yol kənarlarına yığılan çirkabların təmizlənməsi işləri həyata keçirilmişdir.

  

  

Həmçinin, küçə boyu fəaliyyət göstərən ictimai iaşə obyektlərinin qarşısı təmizlənilmiş, ətraf ərazilərdə abadlıq işləri aparılmışdır.

  

Eyni zamanda Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları və texnikası yol kənarlarındakı yaşıllıq zolaqlarını yuyaraq təmizləmiş, sinmış ağaclar budanmış, digər lazımı işlər həyata keçirilmişdir.

  

    

 

 

 

 

Keçidlər