Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistanın Azərbaycana qarşı təxribatları davamlı və məqsədyönlü olub.

05 noyabr 2020 | 16:00
  Azərbaycan Respulikasının prezidenti Ali baş Komandan Almaniyanın ARD telekanalına müsahibəsində müharibənin səbəbkarının Ermənistan olduğunu və Azərbaycanın haqlı olaraq öz torpaqlarının müdafiəsinə qalxdiğini qeyd edərək, torpaqlarımızın azad olunması üçün Vətən müharibəsinə başladığını təkidlə bildirdi. Müsahibə zamanın Ali baş Komandan Azərbaycan tərəfinin şərtlərini qəti şəkildə bildirdi.
  Dağlıq Qarabağ Azərbaycan torpağıdır, beynəlxalq səviyyədə tanınan  ərazimizdir.  Avropa ölkələrinin beynəlxalq hüquqla tanınan əraziləri onlar üçün nə qədər mühümdürsə, Dağlıq Qarabağ da Azərbaycan üçün o qədər mühümdür.Dağlıq Qarabağın azad olunması ədalət, milli qürur  və beynəlxalq hüquq məsələsidir.

  Ermənistanın Azərbaycana qarşı təxribatları davamlı və məqsədyönlü olub. Birinci hərbi təxribat iyul ayında törədilmişdir. İyulun 12-si günorta saatlarından başlayaraq Ermənistan Silahlı Qüvvələri Azərbaycan Dövlət Sərhəd Xidmətinin Tovuz rayonunda yerləşən mövqelərini artilleriya qurğularından atəşə tutdu. On bir gün davam edən sərhəd döyüşlərində xalqımız biri general-mayor olmaqla 12 zabit, əsgər və bir mülki şəxs şəhid verdi.  İkinci hərbi təxribat avqust ayında baş vermiş, Ermənistan qətllər törətmək üçün diversiya qrupu göndərmişdir. Ermənistanın kəşfiyyat-təxribat qrupları təmas xəttini keçməyə cəhd göstərdilər. Tovuz və Ağdam istiqamətində şiddətli atışmadan sonra erməni bölmələri xeyli itki verərək geri çəkilməyə məcbur edildi. Üçüncü hərbi təxribat sentyabrın 27-də törədilmiş, erməni tərəfi təmas xəttinə yaxın yerləşən bəzi şəhər və kəndləri ağır artilleriya bombardmanına tutmuşlar. Atəşi ilk açan Ermənistandır, mülki şəxslər və hərbçilər arasında ilk qurbanlar azərbaycanlılar oldu. Ermənistan üç dəfə atəşkəsi kobud şəkildə pozmuşdur. Azərbaycan atəşin dayandırılmasına tərəfdar olsa da, Ermənistan tərəfi təmas xəttindən uzaqda yerləşən şəhərlərə raket atmaqla, mülki infrastruktura ziyan vurmaqla döyüşün davam etməsində maraqlı olub.  Azərbaycan həmişə sülh planına sadiq olub. İndi azad edilmiş ərazilərimizdə qurulmuş istehkam qurğuları  göstərir ki, onlar bu ərazilərdən çıxmağı planlaşdırmayıblar. Azərbaycan nə qədər çox müdafiə olunursa, daha çox əraziləri azad edir. Azərbaycanın kifayət qədər silah-sursatı, müasir silahları var və onları döyüş meydanında nümayiş etdirir. Azərbaycanın məhv etdiyi və qənimət kimi götürdüyü sursatın dəyəri 2,7 milyard dollardır. Şəhərləri bir-birinin ardınca işğaldan azad edən və milli bayrağımızı ucaldan Azərbaycan ordusunun döyüşçüləridir

Ermənistanın faşist rəhbərliyinin əmrilə döyüş bölgəsindən yüz kilometrlərlə uzaqda yerləşən şəhərlərimizə qadağan olunmuş ballistik raketlərlə hücumlar həyata keçirildi. Bu terror nəticəsində 91 nəfər mülki şəxs həlak olub, 404 nəfər isə xəsarət alıb. Ermənistanın ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində 2465 ev, 97 çoxmənzilli yaşayış binası və 455 mülki obyekt yararsız vəziyyətə düşüb.

ATƏT-in Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının daimi üzvü olsalar da, Ermənistan qoşunlarının çıxarılmasını tələb edən 4 qətnamənin icrası üçün heç nə etməyiblər. Minsk qrupu həmsədrləri Ermənistana sanksiya tətbiq etməli idi. Vaxtilə İraqa qarşı tətbiq edilmiş ciddi sanksiyalar Ermənistana tətbiq edilsəydi, işğalçı qüvvələrini geri çəkərdi. ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi səmərəli olmayıb.

  Müsahibə zamanı cənab Prezident Ermənistanın feyk xəbərlər yaymaqla dünyanı Azərbaycana qarşı qaldırmağa çalışır. Dəqiq faktlarla bütün sualları cavablandıran Ali baş Komandan erməni yalanlarını bir daha ortaya çıxartdı. Sentyabrın 27-də Azərbaycan birinci atəş açmayıb. Birinci atəşi Ermənistan açıb və bunun sübutları var. Atəşkəsi Azərbaycan yox, Ermənistan pozur
Azərbaycan arsenalında olan İsrail dronlarına arxayın olaraq müharibəyə başlamayıb. Bu dronlar əvvəldən də var idi. Sadəcə, bu dəfə təxribatın miqyası böyük idi və Ermənistan hələ də hücumu dayandırmadığından atəşkəs əldə olunmur.“Amnesty İnternational” və “Human Rights Watch” təşkilatlarının Azərbaycanın kaset bombalardan istifadə etməsi haqda iddiası yalandır. Ordumuzun yetirincə müasir silahları var və belə bir əlavə silaha ehtiyacı yoxdur.
  -Dağlıq Qarabağın azad olunması sərvətlərə görə deyil, tarixi və hüquqi ədaləti bərpa etmək üçündür. Bu, Avropa dövlətlərinin öz hüquqi ərazilərinə sahib çıxması ilə müqayisə edilə bilər“Dünya üzrə əksər tarixçilər” ifadəsi yanlışdır, Prezident hər dəfə müsahiblərində  Qərb jurnalistlərinə bəsit tarixi həqiqətləri izah edir, onlara mənbələrlə işləmək dərsi keçir.
  -Ermənilər deyil, azərbaycanlılar etnik təmizləməyə məruz qalıb, ordu işğal olunmuş ərazilərimiz azad etdikdən sonra bir milyona köçkün öz yurd-yuvasına qayıdacaq.  Azərbaycanlılar   etnik təmizləməyə məruz qalmışlar. Ermənistan Dağlıq Qarabağı və 7 ətraf rayonu işğal edəndə 750 min azərbaycanlı etnik təmizləməyə məruz qaldı. Azərbaycan ermənilərə qarşı etnik təmizləmə aparmamışdır və bunu indi də etməyi planlaşdırmır. Şuşada kilsənin məqsədyönlü vurulması xəbəri yalandır, bunu ermənilərin özünü etməsi də istisna deyil. Bakıda erməni kilsəsi və kitabxanası hifz olunur, işğal olunmuş rayonlarımızda isə onlar məscidləri təhqir edirlər. Sülh təbliğinə görə Azərbaycanda həbslər haqda heç bir real fakt yoxdur, şayiədir,  jurnalist müsahibədə feyk xəbərə istinad edir. İkinci Qarabağ müharibəsinin iqtidarın xalqı öz ətrafında birləşdirməsi, demokratiya və insan haqları ilə bağlı ölkədəki problemlərdən diqqəti yayındırmaq  üçün başladıldığı haqda deyilənlər Prezidentin gətirdiyi iqtisadi statistika ilə təkzib olunur. Belə bir iddia səsləndirilməsi Qərb mediasının bir çox hallarda erməni feykləri ilə işləməsini göstərir. Döyüş meydanında heç bir xarici döyüşçü yoxdur. Bakıda görünən xaricililər sadəcə turist və ya birgə hərbi təlimlərdə iştirak edənlər ola bilər.
  Qərb jurnalistləri ilə müsahibələrdə Prezident tam bir master-klass keçir. Bununla yanası, müsahibələr həmin KİV-lərin qərəzini və  peşəkar jurnalistikadan uzaq olduqlarını göstərir. Nədənsə ARD müxbiri “Amnesty International” və “Human Rights Watch” təşkilatlarının Ermənistan silahlı qüvvələrinin Bərdəyə  qadağan olunmuş kasetli raketlərlə zərbələr endirdiyini təsdiqləməsi faktının üstündən keçir. Qərbin aparıcı KİV-lərindən gəlmiş jurnalistlər sualları prokuror ədası ilə verir, faktları dəqiqləşdirmir, xristian təəssübkeşliyi edir, müsahibi ilə polemika girməyə cəhd edirlər. Bunlar media prinsiplərinə ziddir. Azərbaycan mediası və QHT-lərlə bağlı Qərb qrantlarının təyinatının heç də medianın, söz azadlığının inkişafına xidmət etmədiyini sübut etmək üçün bu günlər Qərb mediasının sərgilədiyi mövqeni xatırlatmaq lazımdır. Qərb media standartları deyilən təbliğatın mənasızlığı sübut olunur.

Həsənov Elzamin
230 №li tam orta məktəbin direktor müavini

Keçidlər