Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda abadlıq və yaşıllaşdırma işləri uğurla davam etdirilir

01 noyabr 2022 | 15:48

   Xəzər rayonunda abadlıq və yaşıllaşdırma tədbirləri uğurla davam etdirilir. Ətraf mühitin yaxşılaşdırılması məqsədilə cari ilin ötən dövründə rayon ərazisində ağaclar əkilib, torpaq sahəsi müxtəlif tullantılardan təmizlənib.
   Aksiya çərçivəsində ərazidə təmizlik və abadlıq işləri görülüb, mövcud yaşıllığa qulluq edilib, təzə ağac və gül kolları əkilib.
   Bu təmizlik aksiyaların keçirilməsində məqsəd yaşıllıq zolaqlarını genişləndirmək, rayonun ekoloji tarazlığını bərpa etmək, insanlar arasında təbiətə qayğı hissini təbliğ etməkdir.
   Davamlı olaraq keçirilən abadlıq və ağacəkmə tədbirləri nəticəsində rayonun ərazisi abadlaşır, yaşıllıqlarla zənginləşir, ekoloji mühit sağlamlaşır və torpaq qatı münbitləşir.
   Bununla belə rayonda abadlıq və ağacəkmə aksiyalarının mövsümün sonuna qədər davamlı keçirilməsi nəzərdə tutmuşdur.

Keçidlər