Şriftin ölçüsü :

Saytın rəngi :

Şüvəlan qəsəbəsində yerləşən çox mərtəbəli binaların həyətində abadlıq işləri aparılmışdır

14 dekabr 2022 | 10:05

   Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Xəzər rayonu ərazisində də küçə, park, məhəllə və binaların abadlaşdırılması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

   Belə ki, rayon  ərazisində aparılan abadlıq-quruculuq işləri çərçivəsində Xəzər Rayon İcra Hakimiyyətinin və Xəzər rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən Şüvəlan qəsəbəsi, Lev Starçuk küçəsi, 1, 3 və 5 saylı binaların həyətində abadlıq işləri aparılaraq binaların giriş qapıları və ümumi istifadə yerlərindəki pəncərələr təmir olunmuş, eyni zamanda 750 p/m yeni bardurlar düzülmüş və 1860 kv.m asfalt örtüyü döşənmişdir.

   Əlavə olaraq ərazidə 152 p/metr səki daşları düzülmüş,  3 ədəd urna qoyulmuş və yaşıllıq zolağının sahəsini genişləndirmək məqsədi ilə ağaclar və gül kolları əkilmişdir.

Keçidlər