Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon ərazisində asfaltlaşma işləri davam etdirilir.

21 noyabr 2022 | 10:37

  Vətəndaşların gediş-gəlişində, xüsusən də payız-qış mövsümündə yaranan problemlərin aradan qaldırılması istiqamətində Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən rayon ərazisində məhəllədaxili yolların yenidən qurulması və abadlıq işlərinin aparılması davam etdirilir.
  Tədbirlər çərçivəsində Şüvəlan qəsəbəsi 89-cu Şüvəlan küçəsinin döngəsinə yeni asfalt örtüyü vurulmuş, sakinlərin və avtomobillərin gediş-gəlişi üçün rahat şərait yaradılmışdır.
  Qeyd edək ki, rayon ərazisində asfaltlanmasına ehtiyac olan küçələrdə bu işlər mərhələli şəkildə davam etdirilir.

Keçidlər