Şriftin ölçüsü :

Saytın rəngi :

Buzovna qəsəbəsində genişmiqyaslı iməclik keçirilib

19 yanvar 2023 | 16:59

  19 yanvar 2023-cü il tarixində Xəzər Rayon İcra Hakimiyyəti və Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən Buzovna qəsəbəsinin Təmənis yaşayış massivində genişmiqyaslı iməclik keçirilib.
   İməcilik zamanı ərazi insan sağlamlığı və ətraf mühit üçün zərərli olan müxtəlif məişət tullantılarından və polietilen torbalardan təmizlənib.
   Toplanan məişət tullantıları xüsusi texnikalar vasitəsi ilə ərazidən daşınıb.
  Eyni zamanda sakinlərin müracətləri nəzərə alınaraq, ərazidə bir neçə yerdə əlavə məişət tullantıları üçün konteynerlər qoyulub.

Keçidlər