Şriftin ölçüsü :

Saytın rəngi :

Binə qəsəbəsində abadlıq-quruculuq işləri davam edir

08 dekabr 2022 | 09:57

   Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Xəzər rayonu ərazisində də küçə, park, məhəllə və binaların abadlaşdırılması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

   Xəzər rayon İcra hakimiyyəti və Xəzər Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin birgə təşəbbüs və təşkilatçılığı ilə abadlıq-quruculuq və yaşıllaşdırma işləri çərçivəsində Binə qəsəbəsi Hicran Hasilov küçəsi 13 ünvanında yerləşən çoxmənzilli bina evlərinin həyətyanı sahələri təmizlənərək yer səthi hamarlanıb, yeni bardurlar düzülüb, piyadalar üçün səkilər salınıb və əraziyə asfalt örtüyü döşənib.

    Eyni zamanda ərazidə yaşıllıq zolağının sahəsini genişləndirmək məqsədi ilə ağaclar əkilib.

Keçidlər