Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda “Qalib Şuşa” adlı konfrans keçirilib

20 may 2022 | 14:22

   20 may 2022-ci il tarixində Mərdəkan qəsəbəsində yerləşən 183N-li tam orta məktəbdə “Şuşa ili”nə həsr edilmiş “Qalib Şuşa” adlı tədbir-konfrans keçirilmişdir. Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısının müavini Lalə Əhmədova, Şuşa RİH başçısının müavini Vüsalə Fətəliyeva, Bakı Şəhər Təhsil İdarəsinin şöbə müdiri Sevinc Rəsulova, Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, Xəzər rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov, müəllim və şagird kollektivi, məktəbin məzunu olmuş Vətən Müharibəsi iştirakçıları, qazilər və digər qonaqlar iştirak etmişdirlər.
   Tədbir məktəbin foyesində Şanlı Zəfər tariximizi, milli–mənəvi dəyərlərimizi əks etdirən sərgiyə baxış ilə başlamışdır. Sonra qonaqlar şagirdlərin ifasında incəsənət və musiqi beşiyi olan qədim Şuşanın 270 illik tarixinə bir daha nəzər salmış, Vətənə, torpağa, şəhidlərimizə, 44 günlük Zəfər tariximizə həsr olunmuş şeirlər, mahnılar dinləmiş, rəqslərə tamaşa etmişdirlər.
   Konfransın sonunda məktəbin direktoru Abbasova Rəhilə çıxış edərək, gələn qonaqlara minnətdarlığını bildirəmiş, tədbirin təşkilində əməyi olan hərkəsə təşəkkür etmişdir.

Keçidlər