Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda Novruz bayramı münasibətilə şəhid ailələrinə bayram sovqatı paylanılıb

18 mart 2023 | 16:58

    Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq Xəzər rayonunda şəhid ailələri mütəmadi olaraq ziyarət edilir, onların qayğıları ilə maraqlanılır, şəhid ailələrinə daim diqqət və qayğı ilə yanaşılır və mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir.
   Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Xəzər rayonunun gənc könüllülərinin iştirakı ilə ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş döyüşçülərin ailələri ziyarət edilib və onlara bayram sovqatları paylanılıb.
   Şəhid ailələri dövlətimiz tərəfindən onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

 

Keçidlər