Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda abadlıq-quruculuq və təmizlik işləri davam etdirilir

02 iyun 2023 | 09:31

  Yay mövsümünün gəlişi ilə əlaqədar Xəzər rayonunun bütün qəsəbələrində iməclik keçirilmişdir.
  İmcəlik rayonun əsas magistral yol boyunca olan ərazilər, məhəllədaxili küçələr və istirahət parklarını əhatə etmişdir.
  İməclik zamanı ətraf ərazilər məişət tullantılarından təmizlənmiş, yol kənarlarındakı ağaclar suvarılmış, qurumuş ağaclar budanmış, ətraf ərazilərdə yaşıllıqlara agro texniki qulluq göstərilmiş, parklardakı ağacların və bəzək kollarının mövsümi həşaratlardan qorunması üçün dərmanlama işləri aparılmışdır.
  Bundan əlavə rayonun məhəllə daxili küçələrində də bir sıra abadlıq işləri aparılmış yol kənarları polietilen tullantılardan və alaq otlarından təmizlənmişdir.
  Mövsüm ərzində rayon ərazisində yaşıllıqlara qulluq və təmizlik abadlıqla bağlı işlərin davam etdirilməsi nəzərdə tutulmuşdur.

Keçidlər