Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayon İcra Hakimiyyətində hava şəraiti ilə bağlı müşavirə keçirilib

07 fevral 2023 | 19:19

    Xəzər Rayon İcra Hakimiyyətində havaların kəskin dəyişəcəyi ilə bağlı qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə müşavirə keçirilib.
Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun sədirliyi ilə keçirilən müşavirədə Rayon İcra Hakimiyyəti başçısının müavinləri və şöbə müdirləri, RİH başçısının qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri, MTKB və tabeliyində olan MKİS-lərin, Xüsusi Təyinatlı MKİS-lərin rəisləri və Rayon ərazisində fəaliyyət göstərən digər xidmət sahələrin rəhbərləri iştirak ediblər.
   İclası giriş sözü ilə açan E.Salahov fevral ayının 7-dən Bakı şəhərində hava şəraitinin kəskin dəyişəcəyi və qarın yağması ehtimalının gözlənildiyini vurğuladı. Bununla əlaqədar olaraq qarlı hava şəraitində rayon ərazisində olan yolların, riskli maili yolların və səkilərin qardan təmizlənməsi üçün məsul şəxslərin təyin edilməsini, yolların təmizlənməsi üçün qrafikə uyğun bölgü aparılaraq işçi qüvvələrinin müəyyənləşdirilməsini və rayon ərazisində yerləşən yaşayış və qeyri-yaşayış binalarının daimi elektrik, qaz, istilik və su ilə təmin olunmasını və yaranacaq hər hansı bir problemlərin qısa vaxt ərzində aidiyyəti qurumların, rayon xidmət və təsərrüfat sahələrinin səyi və köməkliyi sayəsində aradan qaldırılması üçün bütün imkanların səfərbər edilməsi istiqamətində müvafiq tapşırıqlar vermişdir
   Müşavirədə Xəzər Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin və rayon ərazisində fəaliyyət göstərən digər xidmət sahələrinin rəhbərləri çıxış edərək hazırlıq tədbirləri ilə bağlı məruzə etdilər.

 

Keçidlər