Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayon İcra Hakimiyyəti başçısının Qala qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2022-ci ilin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı keçirilib

16 yanvar 2023 | 17:58

 16 yanvar 2023-cü il tarixində Xəzər Rayon İcra Hakimiyyəti başçısının Qala qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2022-ci ilin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı keçirilib.
  Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsar Mirzəliyevin, Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri və əməkdaşlarının, şura üzvlərinin, qəsəbə sakinlərinin, ziyalıların və ağsaqqalların iştirakı ilə Qala qəsəbəsində yerləşən 185 saylı tam orta məktəbdə keçirilən hesabat yığıncağında, Rayon İcra Hakimiyyəti başçısının Qala qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Balaəli Əliyevin və Qala bələdiyyəsinin sədri Mahir Novruzovun     2022-ci ilin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələrlə bağlı hesabat məruzələri dinlənilib.
   Hesabat məruzələri dinlənildikdən sonra məruzələr ətrafında çıxışlar edilib. Çıxış edənlər Qala qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.
  Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsar Mirzəliyev ölkədə, o cümlədən Xəzər rayonunda sosial-iqtisadi sahədə görülən işlərdən danışaraq, Qala qəsəbəsində aparılan abadlıq-quruculuq işləri barədə yığıncaq iştirakçılarına ətraflı məlumat verib.

Keçidlər