Şriftin ölçüsü :

Saytın rəngi :

Mövsümə hazırlıqla bağlı Xəzər rayon çimərliklərində abadlıq və təmizlik işlərinə başlanılıb

20 may 2023 | 12:43

  Bakı Şəhər İcra Hakimiyyətinin tapşırığına əsasən Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən Xəzər rayonu üzrə fəaliyyət göstərən çimərlik ərazilərində insanların istirahət etməsi üçün lazimi şəraitin yaradılması məqsədilə tədbirlər görülür.
  İlk olaraq Bakı Şəhər İcra Hakimiyyəti və Xəzər Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən rayon ərazisində fəaliyyət göstərən çimərliklərdə monitorinqlər aparılmışdır.
 Rayon Mənzil Kommunal təsərrüfatı Birliyi və qəsəbə bələdiyyələrinin yaxından iştirakı ilə yay çimərlik mövsümünə hazırlıq, eyni zamanda ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması məqsədilə Xəzər rayonunun Şüvəlan, Mərdəkan, Buzovna, Türkan və Zirə qəsəbələrində olan çimərlik sahələrində genişmiqyaslı təmizlik və abadlıq işləri aparılmışdır
  Çimərliklərdə dəniz sahilinə yığılan tullantılar, həmçinin dalğaların sahilə atdığı müxtəlif əşyalar yığışdırılaraq ətraf ərazilərə texnika cəlb olunmaqla təmizlik işləri görülmüş, toplanan zibil qalıqlarının xüsusi texnikalarla daşınması təmin edilmişdir.

Keçidlər