Şriftin ölçüsü :

Saytın rəngi :

Mərdəkan çimərliyində növbəti təmizlik aksiyası təşkil olunub

17 sentyabr 2022 | 12:00

   16 sentybar 2022-ci il tarixində Xəzər  Rayon İcra Hakimiyyəti və “Atəşgah Sığorta” şirkətinin birgə təşkilatçılığı ilə rayonun Mərdəkan çimərliyində irimiqyaslı təmizlik aksiyası keçirilib.
  Aksiyanın əsas məqsədi dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və bütün gəncləri ətraf mühitin mühafizəsi uğrunda mübarizəyə cəlb etməkdir.
     Sözügedən aksiyada rayonun könüllü gəncləri və “Atəşgah Sığorta” şirkətinin kollektivi iştirak edib.
   Təmizliyin qorunmasında mühüm əhəmiyyət kəsb edən ictimai dəstəyə nail olmaq məqsədilə belə aksiyaların ənənəvi şəkildə keçirilməsi planlaşdırılır.

Keçidlər