Şriftin ölçüsü :

Saytın rəngi :

Buzovna qəsəbəsində sahilboyu qayalıqlardakı ərazidə növbəti iməcilik keçirilmişdir

11 oktyabr 2022 | 17:52

      Xəzər rayonunun Buzovna qəsəbəsində sahilboyu qayalıqlar olan ərazidə növbəti iməclik keçirilmişdir.

     11 oktyabr 2022-ci il tarixində Buzovna çimərliyinin ərazisində aparılan təmizlik işləri Bakı Şəhər İcra Hakimiyyəti və Xəzər Rayon İcra Hakimiyyətinin nəzarəti altında həyata keçirilmişdir.

     Xəzər Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən canlı qüvvə və texnikalar cəlb olunmaqla ərazidə təmizlik işləri aparılmışdır.

     Qeyd olunan ərazilərdə növbəti həftələrdə də genişmiqyaslı iməcliklərin keçirilməsi nəzərdə tutulmuşdur.

Keçidlər