Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayonu Türkan qəsəbəsi ərazisində H.Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Yaşıl Həftə” devizi altında növbəti ümumrayon iməcliyi keçirilmişdir.

26 aprel 2013 | 15:00

 

  27.04.2013 tarixdə Bakı Şəhəri Xəzər Rayonu Türkan qəsəbəsində H.Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Yaşıl Həftə” devizi altında ümumrayon iməcliyi keçirilmişdir. İməclikdə Xəzər Rayon İcra Hakimiyyətinin Başçısı G.İslamov, millət vəkili R.Əliyev,  Rayon İcra Hakimiyyəti aparatının məsul işçiləri və xidmət sahələrinin rəhbərləri ilə yanaşı, rayonun idarə və təşkilatların, təhsil müəssisələri kollektivlərinin, rayon ictimaiyyətinin çoxsaylı nümayəndələrinin - ümumilikdə 1000 nəfərin iştirakı olmuşdur.
        İməclik zamanı iştirakçılar tərəfindən 2000 ədədə yaxın  ağac əkilmiş, sahədə təmizlik işləri görülmüşdür.Əkilən hər bir ağacın küləkdən qorunması və normal böyüməsi üçün mineral gübrələrdən və digər lazımi vasitələrdən istifadə edilmiş,suvarma işlərinə xüsusi diqqət yetirilmiş, əkilmiş ağaclara qulluq göstərilmişdir.
         Xəzər Rayon İcra Hakimiyyətinin Başçısı G.İslamov Xəzər rayonunda ağacəkmə və yaşıllaşdırma istiqamətində həyata keçirilən tədbirlərin mühüm əhəmiyyət kəsb etdiyini və Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən belə iməcliklərin bundan sonra da mütəmadi olaraq keçirilməsinin nəzərdə tutulduğunu bildirmişdir.

Keçidlər