Şriftin ölçüsü :

Saytın rəngi :

5 iyun “Ümumdünya ətraf mühit günü” münasibətilə Şüvəlan çimərliyində təmizlik aksiyası keçirildi

06 iyun 2022 | 12:05

   Çimərlik mövsümünün açılması ərəfəsində növbəti ənənəvi sahilyanı təmizlik aksiyası baş tutdu.
   İyunun 4-də Şüvəlan çimərliyində Ümumdünya Ətraf Mühit Günü və BMT-Azərbaycan tərəfdaşlığının 30-cu ildönümünə həsr olunan təmizlik aksiyası keçirilib. İlin ilk sahilyanı aksiyası IDEA, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Təmiz Şəhər” ASC və BMT-nin Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə keçirilib.
   Keçirilən aksiyaya 200-ə yaxın könüllü qatılıb. Keçirilən tədbirlərin məqsədi insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltmək, əhalinin bu sahədə şüur və təfəkkürünü inkişaf etdirməklə təbiəti qorumağın mümkünlüyünü diqqətə çatdırmaqdır.
   https://www.facebook.com/ideacampaign.org/

Keçidlər