Şriftin ölçüsü :

Saytın rəngi :

27 sentyabr Anım Günü münasibətilə Xəzər rayonunda Vətən Müharibəsi Şəhidlərinin əziz xatirəsi ehtiramla yad olundu.

27 sentyabr 2022 | 15:43

   Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərimizə dərin ehtiramın ifadəsi olan 27 sentyabr - Anım Günü ölkəmizin hər yerində olduğu kimi, Xəzər rayonunda da qeyd edilmişdir.
   Belə ki, bugün səhər saatlarında etibarən Xəzər rayonunun Binə və Buzovna qəsəbələrindəki Şəhidlər Xiyabanına ziyarətlər edilmiş, xalqımız Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirələri qürurla yad edilmişdir.
   Mərasimlərdə Xəzər Rayon İcra Hakimiyyəti başçısı Elşən Salahov, Millət vəkili Soltan Məmmədov, Hüquq-mühafizə orqanları, İctimai Birliklərin rəhbərləri, Şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, qazilər, din xadimləri, rayonun fəal gəncləri, məktəblilər və ictimaiyyət nümayəndələri iştirak etmişdir.
   Mərasimlərdə təcavüzkar Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycanın öz ərazi bütövlüyünün bərpası və tarixi torpaqlarımızın işğaldan azad edilməsi naminə başladığı Vətən müharibəsində qazanılan möhtəşəm qələbənin xalqımızın birliyinin, həmrəyliyinin, rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin misilsiz qəhrəmanlıqlarının, əlbəttə, Müzəffər Ali Baş Komandanımızın sərkərdə məharətinin, hücum diplomatiyasının və dəmir yumruğunun qələbəsi olduğunu iftixar hissi ilə vurğulanmış və qəhrəman şəhidlərimizin keçdiyi şərəfli döyüş yollarından və göstərdikləri şücayətlərdən geniş söhbət açılmışdır.
   Mərasim iştirakçıları tərəfindən şəhidlərimizin məzarları önünə güllər düzülərək ruhlarına dualar oxunmuş, sonda rayon məktəbliləri tərəfindən Vətən Müharibəsi Şəhidlərinin xatirəsinə şeirlər səsləndirilmişdir

Keçidlər